Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
01:19 | 6 may 2022 | Cümə
Məqaləyə 889 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Mayın 5-də İrəvandakı nümayişlərdə onlarla etirazçının saxlandığı xəbər verilir. Polis günortayadək 49 nəfərin saxlandığını bildirir. Televiziya kadrlarında isə təhlükəsizlik qüvvələrinin etirazçıları sürüyərək maşınlara basdığı görünür.
Parlament binası yaxınlığında vəziyyət gərgin olaraq qalıb. Bir gün öncə burada etirazçılarla polis əlbəyaxa olub. Yüzlərlə polis binanı mühasirəyə alıb.
***
İrəvanda müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib. Ötən gecə Ermənistan paytaxtındakı Fransa meydanında gecələyənlərə yeni gələnlər qoşulub, onlar şəhərin mərkəzi küçələrində yürüş ediblər.
Bu gün səhər Yerevanda bəzi küçələrin bağlanması, nəqliyyatın işinə maneə yaradan fəalların saxlanması barədə də məlumatlar gəlib.
Müxalifət Baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayaraq onun istefasını tələb edir.
Müxalifət mayın 1-dən “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib, tərəfdarlarını kütləvi vətəndaş itaətsizliyinə çağırıb. Ertəsi gündən gündəlik etiraz aksiyaları başlanıb.
Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, bu tələbi əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini bildirir.
***
Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ikitərəfli sülh sazişinin hazırlanmasına başlamağa və sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaratmağa razılaşıb.
Bakı sülh sazişi üçün beş prinsip, o cümlədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını irəli sürüb. Paşinyanın bu elementlərin İrəvan üçün əsasən qəbuledilən olduğunu deməsi müxalifəti qızışdırıb. Onlar baş naziri Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olmaqda suçlayırlar.