Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
15:27 | 6 may 2022 | Cümə
Məqaləyə 724 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Buçada törədilmiş kütləvi qətllərlə bağlı “Reuters” agentliyinin apardığı araşdırma bu şəhərin Rusiyanın hansı hərbi birləşmələri tərəfindən işğal olunduğunu müəyyən edib.
Bu da qeyd olunur ki, yerli sakinlərin ifadələri və aşkar olunmuş sənədlər Kiyev vilayətində törədilmiş qətllərin Rusiya qvardıyası – Rosqvardiyanın “Vityaz” dəstəsi, 76-cı Pskov paraşüt-desant bölməsi və Çeçenistan hərbçiləri ilə bağlı olduğunu göstərir.
Hesabatda deyilir ki, Ukrayna milli qvardiyasının üzvləri Rusiya hərbçilərinin Buçanın Yablunsk küçəsindəki binada qurduqları qərargahın və sonradan 8 meyitin aşkar olunduğu yerin yaxınlığında Konstantin Korşunova aid şəxsi vəsiqəni tapıblar.
“Reuters” jurnalistləri Korşunovun 3179 nömrəli hərbi hissəsinin döyüşçüsü olduğunu müəyyənləşdiriblər. Bu hərbi hissə Rusiya qvardiyasının “Vityaz” dəstəsinə daxildir.
***
Bu da xəbər verilir ki, Buçada yerli sakinlərdən birinin evində Aleksandr Loqvinenkoya göndərilmiş məktub aşkar edilib.
“Reuters”in araşdırmasının gəldiyi nəticəyə görə o, Pskovdan gətirilmiş desantçılardan biri olub.
Həmin evə qonşu olan və Rusiya hərbçiləri tərəfindən zəbt olunmuş başqa bir evdə isə divarda aerozol balonu ilə yazılmış “Wolf_68” sözü qalıb.
Jurnalistlər müəyyən ediblər ki, 76-cı qvardiya desant-hücum diviziyasına daxil 234-cü hücum alayının hərbi qulluqçusu Kirill Kryuçkov sosial şəbəkələrdə məhz “Wolf_68” imzası ilə tanınır.
Təhqiqat hesabatında deyilir ki, Buçada çeçen hərbçilərin olmasını isə yerli sakinlərin şahid ifadələrindən başqa, həm də elə həmin hərbçilərin sosial şəbəkələrdə paylaşdıqları foto və videolar təsdiqləyir.
“Reuters” müəyyənləşdirib ki, Buça və bu şəhərin ətraflarında Çeçenistanın başçısı Ramzan Kadırova bağlı ən azı üç birləşmə olub.
***
Aprelin əvvəllərində Rusiya qoşunları Buçadan getdikdən sonra Ukrayna hakimiyyəti və jurnalistlər küçələrdə çox sayda səpələnib qalmış meyitlərin və onlarca kütləvi məzarlıqların olması barədə məlumat veriblər.
Meyitlərin arasında qolları arxalarında bağlanmış vəziyyətdə edamsayağı öldürülmüş şəxslər də vardı.
Bu şəxslərin Buçanın Rusiya tərəfindən işğalı zamanı öldürüldükləri müəyyənləşdirilib.
Ukrayna hökuməti və Qərb rəsmiləri Rusiya hərbçilərini hərbi cinayətlərdə ittiham edirlər.
Mediada Buçada baş vermiş qətliam barədə yazılarda tez-tez “soyqırım” sözü işlədilir.
Rusiya Müdafiə Nazirliyi Buçada çəkilmiş foto və videoları saxta adlandırıb və bildirib ki, bütün bunlar “Kiyevin xarici medialar üçün quraşdırdığı səhnədir”.
Aprelin 28-də Ukraynanın Baş Prokurorluğu vətəndaşlara işgəncələr verməkdə və soyğunçuluqda şübhəli bilinən 10 Rusiya əsgərinin adlarını açıqlayıb.