Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
22:52 | 6 may 2022 | Cümə
Məqaləyə 1326 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü paradında hərbi səfərbərlik elan etməyi planlaşdırırmı? Kremlin sözçüsü Dmitri Peskov bu suala “cəfəngiyatdır” deyə cavab verib. Peskov Putinin Ukraynaya rəsmən müharibə elan edəcəyi haqda suala da eyni cavabı verib.
Putinin paraddan bu məqsədlərlə istifadə edəcəyi ətrafında spekulyasiya dolaşırdı.
***
Fevralın 24-də Ukraynaya hücuma başlayan Putin Kiyevi ala bilməyəndən sonra qüvvələri ölkənin şərqinə yönəldib. Bir hissəsi Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Donbas regionunun “tam təmizlənməsi” strateji məqsəd kimi açıqlanıb.
“Məncə, Putin nəsə etməlidir”, – ukraynalı hərbi təhlilçi Mixaylo Samus belə deyir. Onun sözlərinə görə, Putinin generalları 9 may bayramı öncəsi ona əhəmiyyətli uğur vəd ediblər.
“Reallıqda isə heç nə əldə etməyiblər… Putin Ukraynadakı müharibə, yaxud səfərbərlik haqda emosional bəyanat verə bilər, amma faktiki, heç bir dəyişiklik baş verməyəcək”, – Samus deyib.
Ordunun monitorinqini aparan, hazırda Gürcüstanda yerləşən Conflict İntelligence Team (CİT) təşkilatının təhlilçisi Ruslan Leviyevin fikrincə, Putin səfərbərlik kimi addımı “siyasi fəsadlar” kontekstində nəzərdən keçirir.
“Onun populyarlığına ciddi risk var”, – deyən Leviyev mövcud qüvvələrlə hətta Donbasda Ukrayna qüvvələrini mühasirəyə almağın mümkün olmadığını sözlərinə əlavə edir.
***
Moskvadakı İqtisadi Siyasət İnstitutunun tədqiqatçısı Sergey Javoronkov deyir ki, müharibə, yaxud ümumi səfərbərlik elan etmək müharibəyə dəstəyə zərbə vura bilər.
“Müharibənin populyarlığı dərhal azalar. Bunu maraqlı kompüter oyunu kimi izləmək bir şeydir, xeyli rusiyalıya, ailələrinə təsir göstərməsi isə ayrı”, – o söyləyir.
Leviyevin fikrincə, bəzi sərhəd regionlarda, yaxud son vaxtlar ehtiyata buraxılmış hərbçiləri əhatələyən qismən səfərbərlik daha real səslənir.
“Qismən səfərbərlik olsa, əlavə 200 min əsgər cəlb etmək olar”, – o bildirir.
Samus da eyni proqnozu bölüşür.
“Rusiyada 100 min – 200 min əsgər yığmaq üçün səfərbərliyə ehtiyac yoxdur. Böyük ölkədir, inkişaf az getmiş regionlarda yetərincə adamlar var ki, pul versən, vuruşarlar”, – o vurğulayır.
***
Energetika nazirinin keçmiş müavini, hazırda aparıcı müxalifət fiquru Vladimir Milov artıq qismən səfərbərliyinin əlamətlərini görür.
“Regionlarda minlərlə adam yazıb soruşur ki, orduya cəlb olunaraq Ukraynaya göndərilməkdən necə yayına bilərlər. Onlar artıq bacardıqları hər kəsi orduya çağırırlar”, – Milov deyib.
Ölkənin şimal-qərbində məmurların ordudan tərxis olunmuşları Ukraynada müqaviləli xidmətə cəlb etməyə çalışdığı təsdiqlənir. Onlar hətta superjob.ru iş elanı portalında yaşı 50-dən az, hərbi tarixçəsi təmiz, kriminal tarixçəsi olmayanları axtarırlar.
“Əsas odur ki, orduda olasan, silah gəzdirəsən”, – Petrozavodskda bir əsgəryığan deyib. Çeçenistanın paytaxtı Qroznıda isə deyirlər ki, ölkənin istənilən regionundan könüllüləri orduya götürürlər, onlara təlim və avadanlıq veriləcək. Birinci ay üçün 300 min rubl (4 min 600 dollar) pul ödənəcəyi bildirilib.
***
Jurnalist Robert Koalson yazır ki, Kreml nasist Almaniyası üzərində Qələbə günündə müharibəyə ictimai dəstəyi səfərbər edə bilər. Putinin Rusiyanın “nasizmə qarşı vuruşduğunu” təkrarlayacağı gözlənir, Moskvada yaşayan siyasi təhlilçi Natalya Şavşukova belə deyir. O, Kremlin “nasizmi təhrif olunmuş şəkildə anladığını” da sözlərinə əlavə edib.
Kremlin dediyi odur ki, bu “bütün dünyaya qarşı müharibədir. Bütün dünya bizə qarşıdır, biz hansısa abstrakt ədalət, öz keçmişimiz uğrunda vuruşuruq”.
“Adamlar kasıb yaşayır. Onlara daim bu ideyanı yedizdirmək lazımdır ki, ‘uşaqlarımız üçün parlaq gələcək qururuq, sadəcə azacıq hövsələli olmalıyıq, hər şey yaxşı olacaq’. Onlara satqınlar, işlərin pis getməsinə görə günahlandırmağa adamlar tapmaq lazımdır”, – bunu isə tanınmış siyasi təhlilçi Andrey Kolesnikov söyləyir.
“Adamlar nəyinsə düz getmədiyini, uğurların gəlmədiyini anlayırlar. Bu isə o deməkdir ki, günahkarlar tapılmalıdır. Kimdir günahkar? Beşinci kolon, Qərbdən pul alan propaqandaçılar, milli satqınlar. Vladimir Putinin mövqeyi pisləşdikcə, ictimai həyatımızda düşmən axtarmağın rolu böyüyür”, – o, sözlərinə əlavə edir.