Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:26 | 11 may 2022 | Çərşənbə
Məqaləyə 969 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Almaniyanın hakimiyyət orqanları Rusiyaya qarşı sanksiyalar çərçivəsində Hamburq portunda dəyəri 400 milyon avro, uzunluğu 115 metr olan “Luna” (Ay) superyaxtasını saxlayıb.
“Süddeutsche Zeitung” qəzeti Almaniya federal polisinə istinadən xəbər verir ki, superyaxtanın sahibi müəyyənləşdirilib.
Bu, milliyyətcə azərbaycanlı Rusiya milyarderi Fərhad Əhmədovdur. O bu ilin aprelində Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.
Qəzet yazır ki, 9 göyərtəsi və hovuzu olan bu yaxta 2014-cü ilədək başqa bir rusiyalı milyarderə - Roman Abramoviçə məxsus olub.
“Superyacht Fan” saytında dərc olunmuş məlumata görə, Əhmədov bu yaxtanı Abramoviçdən 300 milyon dollara alıb və bundan sonra yaxta təmir üçün Bremerhafen tərsanəsində təmirə göndərilib.
Forbes jurnalı Fərhad Əhmədovun sərvətini 1.7 milyard dollar olaraq dəyərləndirib.
Bu, Hamburq portunda Rusiya oliqarxlarına məxsus saxlanan ikinci yaxtadır.
***
Aprel ayında burada dəyəri 800 milyon dollar olan Dilbər yaxtası saxlanıb. Almaniya polisinin məlumatına görə həmin yaxta Rusiya maqnatı Əlişir Usmanovun bacısına məxsusdur.
Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi başlanandan bəri Avropa İttifaqının dəniz limanlarında Rusiya oliqarxlarına məxsus bir neçə yaxtaya həbs qoyulub.
Bunların arasında Rusiya milyarderləri Aleksey Mordaşovun, Gennadi Timçenkonun, Viktor Vekselberqin yaxtaları var.
***
Mayın 7-də İtaliyanın Maliyyə Nazirliyi 140 metrlik “Şeherezada” yaxtasının saxlandığını xəbər vermişdi.
Bu yaxta Aleksey Navalnının korrupsiya ilə mübarizə fondunun araşdırmasında “Putinin yaxtası” adlandırılır.
Marina di Karrara portunda saxlanan yaxtanın dəyəri 700 milyon dollar olaraq dəyərləndirilir.
Aprelin axırlarında ABŞ-da Kremllə bağlı oliqarxların aktivlərinin, o cümlədən yaxtalarının müsadirəsini və onların satışından əldə olunan pulların Ukraynaya hərbi yardım gösrtərilməsi üçün istifadə olunmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.
“Reuters” agentliyi mayın 11-də yazır ki, Avropa Komissiyası sanskiya siyahısındakı oliqarxların və zəngin şəxslərin aktivlərinin müsadirəsini asanlaşdıracaq yeni qaydalar hazırlayır.
Bu qaydaların mayın 25-də açıqlanacağı gözlənilir.