Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
19:18 | 16 may 2022 | Bazar ertəsi
Məqaləyə 1029 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət bu gün (mayın 16-da) etiraz aksiyasına avtoyürüşlə başlayıb. Paytaxt İrəvana bir neçə istiqamətdən daxil olan yürüşçülər mərkəzə doğru hərəkət ediblər.
Yürüşçülər yavaş sürətlə hərəkət edir, küçələrdə nəqliyyatın hərəkətini dayandırmaq istəyirdilər.
Bunun ardınca polis avtoyürüşü dayandırıb və onlarca etirazçı saxlanıb.
Polis etirazçıların saxlanmasının səbəbini onlara izah etmirdi.
***
Bu gün ümumilikdə 90-dan çox vətəndaş saxlanıb. Bu da xəbər verilir ki, polis avtoyürüş sürücülərini maşınlardan dartıb çıxarırdı.
Sürücüsüz qalan avtomobilləri isə yedəklə cərimə meydanına aparırdılar.
Daha sonra polis bildirib ki, avtoyürüşçülər yalnız küçə hərəkətini dayandırmırdılar, onlar ümumən başqa nəqliyyat vasitələrinə təhlükə yaradırdılar.
Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib.
Bununla belə etirazçılar sabah, sabah daha böyük aksiya keçirəcəklərini elan ediblər.
***
Dünən müxalifət hərəkatının liderlərindən biri, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan deyib ki, bu gün üçün Fransa meydanında heç bir mitinq planlaşdırılmayıb.
Ermənistanda parlament müxalifəti aprelin sonlarından bəri aramsız etiraz aksiyaları keçirir.
Müxalifətin mayın 1-də keçirilən mitinqində vətəndaş itaətsizliyi elan edilib.
Müxalifət etiraz aksiyalarına baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında “beynəlxalq icma bizim Qarabağ ambisiyamızın bir az aşağı salınmasını istəyir” deyəndən sonra başlayıb.
Ermənistan müxalifəti Paşinyanı Qarabağı Azərbaycana “təhvil verməkdə” ittiham edir.
Hakimiyyət müxalifətin bu ittihamını rədd edir və bildirir ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və azadlıqlarını müdafiə etmək əzmindədir.
İqtidar bunu da bildirir ki, müxalifət geniş xalq kütləsinin istəklərini təmsil etmir.