Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
00:17 | 17 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 1045 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ukrayna qoşunlarının Rusiyanın müdaxiləçi qüvvələrini geriyə oturtduğuna dair xəbərlər gəlir. “Reuters” agentliyi yazır ki, son günlərdə Ukrayna silahlı qüvvələri Rusiya qoşununu Xarkov ətrafında Rusiyanın öz sərhədlərinə doğru sıxışdırıblar.
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko deyib: “Ukraynanın əks-hücumunu heç nə dayandıra bilməz. Biz bunun sayəsində Rusiya qüvvələri qrupunun arxasına keçmişik”.
Ukraynanın Müdafiə Nazirliyi mayın 16-da bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin 227-ci və 127-ci batalyonları Xarkov vilayətində Rusiya sərhədinə çatıb.
Xarkovun qubernatoru Oleq Sinequbov deyib ki, sərhəd nişanı bərpa edilib.
“Biz öz həyatlarını riskə qoyaraq Ukraynanı Rusiya müdaxiləçilərindən azad edənlərin hamısına təşəkkürümüzü bilsdiririk”.
Xarkov Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən ağır bombardmanlara məruz qalıb.
“Reuters” agentliyi bildirir ki, Ukrayna qoşunlarının Rusiya sərhədinə çatmasına dair xəbərləri hələki müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.
***
Agentlik yazır ki, Xarkov yaxınlığındakı uğurlar Ukraynaya Rusiya qüvvələrinin təchizat xətlərinə birbaşa zərbələr endirmək imkanı verib.
Luqansk regionunun qubernatoru Sergey Qayday deyib ki, bu ərazidə vəziyyət mürəkkəb olaraq qalır.
Rusiya qüvvələri hazırda Severodonetsk şəhərini işğal etməyə çalışır.
Onun sözlərinə görə Ukraynanın 28 şəhər və kəndi ağır bombardman edilir.
Cənub istiqamətində döyüşlər Rusiyanın işğalında olan Xerson yaxınılığında gedir.
Rusiya Nikolayev şəhərini ağır toplardan atəşə tutur.
***
“Reuters” bunu da xəbər verir ki, Ukrayna sərhədçiləri ölkənin şimal-şərqindəki Sumı regionunda Rusiyanın təxribat və kəşfiyyat qrupunu geri oturdub.
Ayrıca olaraq Ukrayna sərhəd qoşunlarının məlumatında deyilir ki, Rusiyanın Çerniqov və Sumı bölgələrini artilleriyadan atəşə tutması əhali üçün təhlükə yaradır, lakin hər iki ərazi Ukrayna qoşunlarını nəzarətindədir.
Ukrayna sərhəd qoşunlarının başqa bir məlumatında deyilir ki, mayın 10-dan ölkəyə qayıdan ukraynalıların sayı ölkədən gedənlərdən çox olub.
NATO-nun baş katibi Yens Stoltenberq mayın 15-də deyib ki, Ukrayna bu müharibədə qalib gələ bilər.
Başqa müharibə ekspertləri də bu qənaətdədirlər.