“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
09:54 | 18 may 2022 | Çərşənbə
Məqaləyə 903 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Aleksandra Skoçilenko rəssam və musiqiçi, Viktoriya Petrova menecer, Mariya Ponomarenko jurnalist, Olqa Smirnova vətəndaş cəmiyyəti fəalıdır. Bu dörd qadını birləşdirən cəhətlər də var.
Onların dördü də Rusiya Prezidenti Vladimir Putinin doğma şəhəri Sankt-Peterburqdandır. Dördü də “Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmaq” ittihamı ilə mühakimə olunur, təqsirli bilinsələr, 10 il həbsə məhkum edilə bilərlər. Və dördü barədə də həbs qətimkan tədbiri seçilib, baxmayaraq ki, Ukraynadakı müharibə haqda sosial mediada postlar yerləşdirib, yaxud stiker yapışdırıblar.
***
Cinayət Məcəlləsinin 207.3-cü maddəsilə neçə rusiyalının mühakimə olunduğu dəqiq bəlli deyil. Bu maddə bircə günün içində – martın 4-də parlamentin hər iki palatası tərəfindən təsdiqlənib, Putin də onu imzalayıb. Silahlı qüvvələr barədə saxta informasiya yaymağı yasaqlayan maddədə 3 ildən 15 ilədək həbs nəzərdə tutulub.
“Agora” hüquq-müdafiə qrupu apreldə bu maddə üzrə 32 iş açıldığını bildirir. İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin mayın 3-də 35 işdən danışırdı. Rusiyada repressiyanın monitorinqini aparan OVD-Info azı 44 işin hesabatını aparıb.
Cinayət Məcəlləsindəki 207.3-cü maddə Kremlin Ukraynaya qarşı müharibəyə etiraz edənləri sıxışdırma kampaniyasında ciddi bir yeni mərhələdir.
Sankt-Peterburqdan insan haqları vəkili Stanislav Seleznyov deyib ki, prokurorlar təqsirləndirilənlərə qarşı 207.3-cü maddənin 2-ci bəndini daha tez-tez irəli sürürlər. 2-ci bənddə dövlətin “siyasi motivli” hesab etdiyi işlər üzrə daha sərt cəzalar nəzərdə tutulur.
***
“Müstəntiqlər motivləri hakimiyyətlə bağlı istənilən tənqidi göstərən köhnə sosial media postlarıyla ‘sübut edirlər’. Onlar prokurorlardan təqsirləndirilənlər barədə həbs qətimkan tədbiri seçilməsini istəyirlər. Müstəntiqlər deyirlər ki, hamının həbsdə qalmasına ‘yuxarıdan’ göstəriş verilib”, – Seleznyov danışır.
Bundan başqa, şübhəlilər vəkilsiz dindirilir, onlara etirafları imzalamaq üçün təzyiq göstərilir. Sonradan məhkəmə bu ifadələrdən təqsirləndirilənlərə qarşı istifadə edir.
Vəkili Anastasiya Pilipenko deyir ki, Viktoriya Petrova sosial mediada fəal olsa da, ictimai fəal deyil. Amma fevralda və martda müharibəyə qarşı nümayişlərə çıxıb, iki dəfə saxlanıb.
Onun martın 23-də yerləşdiyi post diqqət çəkib, post sonradan silinib. Vəkili onun müstəntiqlərin tələbilə silindiyini güman edir. Müstəntiqlər postun skrinşotlarını vəkilə göstəriblər. Postda müharibə və Putin tənqid olunur. Ukrayna Prezidenti Vladimir Zelenski və onun köməkçisi Aleksey Arestoviçin videoları posta əlavə olunubmuş.
***
Olqa Smirnova isə Dinc Müqavimət hərəkatının üzvüdür. Mayın 5-də hərəkatın beş üzvünün evində reyd keçirilib. Onların beşi də saxlanaraq dindirilib, sonradan Smirnovadan başqa digərləri buraxılıb. Smirnova “siyasi ədavət və nifrət motivləri” ilə davranmaqda suçlanır.
Dinc Müqavimət hərəkatının VK sosial media saytındakı mesajlaşma qrupunda Rusiyadakı siyasi vəziyyət, Ukrayna müharibəsi haqda xeyli post var. Qrup hazırda bloklanıb.
“Saşa” kimi tanınan Aleksandra Skoçilenko yeni maddə ilə ilk mühakimə olunanlardandır. O, aprelin 11-də dostunun evində axtarış aparılması haqda sosial media postunu oxuyandan sonra ona köməyə gedərkən saxlanıb. Postu İstintaq Komitəsinin əməkdaşları Skoçilenkonu aldatmaq üçün yazıblarmış.
O, mağazada məhsulların qiyməti yerinə Ukraynadakı müharibəni pisləyən stikerlər yapışdırdığına görə 10 ilədək həbsə məhkum edilə bilər. Ozü stikerləri dəyişdirdiyini danmır, amma yerləşdirdiyi informasiyanın saxta olmadığını deyir.
***
Barnauldan jurnalist Mariya Ponomarenko isə Sankt Peterburqda uzadılmış ezamiyyətdə olarkən, aprelin 24-də saxlanıb. Barnauldakı medianın yazdığına görə, Altay İstintaq Komitəsi Ponomarenkonun həbsindən ötrü bütöv bir komanda göndərib.
Jurnalist sosial mediada Rusiyanın Ukraynanın Mariupol şəhərində teatrı bombalaması haqda post yazıbmış. Ukrayna həmin insidentdə 300-dək adamın öldürüldüyünü bildirilir.
Tanışları deyir ki, Ukraynanın işğalı Ponomarenkoya çox pis təsir edibmiş, tez-tez ağlayırmış Amma məhkəmədə hakimə deyib ki, daha ağlamır. Çünki göz yaşları həbsilə əlaqələndirilə bilər.
O, deyib ki, özünə qarşı işin Barnauldakı rəsmilər tərəfindən quraşdırıldığına inanır, çünki doğma şəhərində korrupsiya və insan haqlarını işıqlandırırdı.
“Dözürük, təslim olmuruq. Şərlə vuruşuruq. Üfüqdə dəyişiklik görünür… Rusiya azad olacaq”, – o deyib.
“Siyasi məhbusların hamısının ümidi sizə, azadlıqda olanlaradır”, – jurnalist qeyd edir.