Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
14:52 | 18 may 2022 | Çərşənbə
Məqaləyə 816 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçlə Finlandiyanın NATO üzvlüyünə qarşı olduğunu deyib, bu ölkələrin kürd yaraqlıları, Ankaranın təhlükəsizliyinə hədə yaradan digər qrupları dəstəklədiyini iddia edib.
NATO bu iki ölkənin üzvlük prosesini sürətləndirmək istəyir, amma bunun üçün Türkiyənin təsdiqi də vacibdir. Alyansın 30 üzvündən istənilən biri yeni üzvə qarşı veto qoya bilər.
“Associated Press” agentliyi NATO-da ordusuna görə ikinci yerdə gələn Türkiyənin adətən alyansın genişlənməsinə qarşı çıxmadığını, Ukrayna və Gürcüstanın mümkün üzvlüyünə dəstək verdiyini yazır.
***
İsveç və Finlandiyaya gəlincə, Ankara bu iki ölkənin qadağan olunmuş PKK-ya, DHKP-C solçu ekstremist qrupuna və ABŞ-da yaşayan müsəlman ilahiyyatçı Fətulla Gülən tərəfdarlarına dəstək verdiyini deyir. Gülən 2016-cı ildə Türkiyədə uğursuz dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham olunur.
Son onillər ərzində xeyli sayda kürd, son vaxtlar Gülən tərəfdarı İsveçdə sığınacaq alıb. Türkiyə dövlət mediası yazır ki, İsveç və Finlandiya Türkiyənin istədiyi 33 nəfəri ekstradisiya etməyib.
Ankara həmçinin Türkiyəyə hərbi avadanlıq satışına məhdudiyyətlərdən qəzəblənib. Bu qadağaları Aİ üzvləri, eləcə də İsveç və Finlandiya, Türkiyənin 2019-cu ildə Suriyanın şimalına hərbi müdaxiləsindən sonra tətbiq edib.
Ərdoğan deyir ki, Ankara 1980-ci ildə Yunanıstanın NATO-ya yenidən qəbuluna razılıq verməklə etdiyi “səhvi” təkrarlamaq istəmir. Onun iddiasına görə, bundan sonra Yunanıstan NATO-nun dəstəyilə “Türkiyəyə qarşı mövqe tutub”.
***
Agentlik yazır ki, Türkiyə kompromis sazişi əldə etməyə çalışa bilər, yəni iki ölkə PKK və digər qruplara təzyiqi artırsın, əvəzində Ankara onların NATO-ya üzvlüyünü dəstəkləsin. Əsas tələb isə Suriyadakı kürd qruplaşması olan YPG-yə dəstəyi dayandırmaq ola bilər.
Ərdoğan həmçinin Birləşmiş Ştatlar və digər müttəfiqlərdən güzəştlər qoparmağa çalışa bilər. Türkiyə ABŞ-ın “F-35” qırıcıları proqramına qayıtmaq istəyir. Ankara Rusiyadan “S-400” zenit raket kompleksləri almasının ardınca bu layihədən çıxarılıb. Türkiyə həmçinin “F-16” qırıcılarından yeni partiya almaq, eləcə də mövcud təyyarələrini yeniləmək istəyir.
Digər mümkün tələblər isə müttəfiqlərin Türkiyəyə hərbi avadanlıq satışına qeyri-rəsmi embarqosuna son qoyulması; Aİ üzvlərindən Türkiyənin bloka qəbul edilməsi yönündə güzəştlər; ölkədəki 3.7 milyon suriyalı qaçqına dəstək üçün əlavə yardımla bağlı ola bilər.
***
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün – mayın 18-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşməlidir. “Financial Times” onun NATO-nun genişlənməsinə dəstək qarşılığında ABŞ-la sövdələşməyə cəhd edə biləcəyini yazır.
FT qeyd edir ki, bəzi təhlilçilər Ərdoğanın təhdidini ciddiyə almağın tərəfdarıdırlar. Filadelfiyada yerləşən Xarici Siyasət Tədqiqat İnstitutundan Aaron Şteynin fikrincə, qərb rəsmiləri daima Türkiyə prezidentinin hədəsini düzgün qiymətləndirməyiblər.
“Hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Belə bir arqument irəli sürə bilərəm ki, o, Madrid sammitindən öncə sülhə gələ bilər. Amma “hamınız lənətə gələsiz” də deyə bilər”, – təhlilçi söyləyir.