Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
13:12 | 19 may 2022 | Cümə axşamı
Məqaləyə 883 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın radikal müxalifəti yeni hədəf tapıb. Bu Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysidir. Xanım səfir “Armenpress” agentliyinə müsahibəsində deyib ki, Amerika erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək: “Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. Bununla amerikalı diplomat demək istəyib ki, ermənilər iki dəfə Nikol Paşinyana səsə veriblər və Vaşinqton baş nazir Nikol Paşinyanı dəstəkləyir, küçədə bağıranların isə demokratiya ilə əlaqələri yoxdur.
Səfirin açıqlaması radikal müxalifət liderlərinin qəzəbinə səbəb olub. Onlar səfiri onda ittiham ediblər ki, xanım Treysi demokratiyadan danışarkən küçədə döyülən və həbs olunan insanları görmür, buna münasibət bildirmir. Küçədə “döyülənlər” və həbs edilənlər Rusiyanın təsiri altına olan insan və qüvvələrdir. Bu halda Vaşinqton Rusiyanın dəstəkçilərinə və Paşinyanı devirmək istəyənlərə niyə dəstək verməli və ya həbs edilənlərin taleyi ilə maraqlanmalıdır?
Radikal müxalifətin təmsilçiləri ABŞ səfirini tənqid edərkən Kremlin daha çox xoşuna gəlmək istəyirlər. Bəllidir ki, Kreml Amerikanı tənqid edənləri yanında görmək istəyir. Buna baxmayaraq, Kreml radikal müxalifətin Nikol Paşinyanı devirmək gücündə olmadığının fərqindədir. Buna baxmayaraq, yalandan məlumat yayırlar ki, guya Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplantısında Rusiya prezidentindən xahiş etmək istəyib ki, təşkilat yanvar ayında Qazaxıstanda olduğu kimi Ermənistana hərbi qüvvələr göndərsin. Bu Paşinyan əleyhinə xəbər təxribatına bənzəyir. Ermənistan polisi Paşinyana tabedir və küçədəkiləri neytrallaşdırır. Bu halda Paşinyanın kənar müdaxiləyə niyə ehtiyacı olsun ki?