Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:35 | 22 may 2022 | Bazar
Məqaləyə 928 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Prezident Vladimir Zelenski şənbə günü bildirib ki, Ukrayna Fransanın təklif etdiyi daha geniş “Avropa siyasi icması”na qoşulmaq əvəzinə Avropa İttifaqına üzv olmaq üçün tam namizəd olmalıdır.
“Bizim Ukraynanın Avropa İttifaqına qoşulmaq müraciətinə heç bir alternativə ehtiyacımız yoxdur, bizim belə kompromislərə ehtiyacımız yoxdur”, Zelenski Kiyevdə səfərdə olan Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib.
Fransa Prezidenti Emmanuel Makronun mayın 9-da Ukraynanın tammiqyaslı Aİ üzvü ölmasının “onillər” çəkə biləcəyinə işarə etməsi və ölkənin onun əvəzinə “”Avropa siyasi icmasına” qoşulmasını təklif etməsi Ukraynada qəzəbə səbəb olub.
Ukrayna Aİ üzvlüyünə qəbul edilmədən öncə idarəetmədə ciddi standartlara cavab verməli, korrupsiya ilə mübarizə aparmalı və qanunun aliliyini tətbiq etməli olacaq.
Rusiya Kiyevin Aİ və NATO ilə inteqrasiya meylinin qarşısını almaq məqsədilə fevral ayında Ukraynaya hərbi müdaxilə edib.
Ancaq Zalenski şənbə günü israr edib ki, ölkəsinə Aİ-yə tam üzv olmaq prosesinə başlamağa icazə verilməlidir.
“Çünki, inanım mənə, bu, Avropanın Ukrayna ilə kompromisi olmayacaq, bu, Avropa ilə Rusiya arasında növbəti kompromis olacaq. Mən buna tam əminəm”, o deyib.
“Bu, Rusiya rəsmilərinin və lobbiçilərinin Avropa ölkəsinin Ukraynanı dəstəkləyib-dəstəkləməmək qərarına siyasi və diplomatik təzyiqidir,” o əlavə edib.
Makronun “Avropanın siyasi icması” təşəbbüsü iyun ayının sonunda Aİ sammitində müzakirə olunacaq. Fransa lideri referendumdan sonra Aİ-dən çıxan Britaniyanın da bu qruplaşmaya qoşula biləcəyini təklif edib.
Ancaq bəzi Avropa liderləri artıq bu təklifi tənqid edib.
“Mənim təəssüratım belədir ki, bu, namizəd statusunun verilməsi ilə bağlı qəti qərarların qəbulu üçün açıq-aşkar siyasi iradənin çatışmazlığını ört-basdır etmək cəhdidir”, Litva prezidenti Gitanas Nauseda ötən həftə deyib.
Britaniyanın xarici işlər naziri Liz Trass də cümə günü Makronun təklifini mənfi yanaşıb.
”Mən hazırda, ”G-7” və ya NATO kimi artıq uğurla işləyən strukturları qurmağa üstünlük verirəm,” o deyib.