Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:26 | 23 may 2022 | Bazar ertəsi
Məqaləyə 788 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
ABŞ Prezidenti Co Bayden xəbərdarlıq edir ki, Rusiya Ukraynanın milli kimliyini “məhv etmək” istəyir. Bayden mayın 23-də Asiyaya səfər zamanı Tokioda mətbuat konfransında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal edə bilməz, amma “onun kimliyini məhv etməyə çalışa” bilər. Bayden xəbərdarlıq edib ki, Putin “Ukraynadakı barbarlığına görə böyük bədəl ödəməli olacaq”.
Ukrayna Rusiyanı səbəbsiz işğal zamanı vəhşiliklər törətməkdə suçlayır, 10 mindən çox mümkün hərbi cinayəti müəyyənləşdirdiyini bildirir. Rusiya isə dinc sakinləri hədəfə almadığını, vəhşiliklərə dəlilin quraşdırıldığını iddia edir.
Fevralın sonunda işğala başlamazdan öncə Putin Ukraynanın “əsl dövlət” olmadığını, bu ölkənin Rusiyanın “tarixi, mədəni və dini məkanının” tərkib hissəsi olduğunu deyib.
***
Ukrayna ordusu şərqi Luqansk vilayətində Rusiyanın hücumunun intensivləşdirildiyini xəbər verir. Severodonetsk şəhərinin sutka boyunca şəhəri mühasirəyə almağa çalışan Rusiya qüvvələri tərəfindən bombardman olunduğu bildirilir.
Britaniya kəşfiyyatı isə Ukraynanın şərqindəki ağır döyüşlərin Rusiya ordusuna böyük itki hesabına başa gəldiyini deyir. Moskva Ukraynada üç aydır davam edən müharibədə Sovet İttifaqının Əfqanıstanda doqquz il çəkmiş müharibəsilə eyni itki verib, məlumatda qeyd olunur.
Son 24 saat ərzində Ukraynanın müdafiəçiləri Rusiya əsgərlərinin 11 hücumunu dəf ediblər, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 23-də bu haqda məlumat yayıb. Məlumatda Rusiyanın infrastrukturu dağıtmaq üçün təyyarələrdən istifadəni artırdığı vurğulanır.
***
Luqansk vilayətinin qubernatoru Sergey Qaydayın sözlərinə görə, Severodonetski mühasirəyə almağa çalışan Rusiya qüvvələri “yandırılmış torpaq taktikasından istifadə edirlər, şəhəri qəsdən dağıdırlar”.
Rusiyalıların şəhərə doğru məhdud da olsa irəlilədiyi bildirilir.
Qaydayın sözlərinə görə, Rusiya Donetsk və Luqanskda hücuma böyük ərazilərdən gətirdiyi qüvvələri cəmləyir. Söhbət Xarkov vilayətindən, Mariupolun mühasirəsindən çəkilən qüvvələrdən, Moskvanın dəstəklədiyi separatçılardan, hətta Sibirdən təzəcə səfərbər olunmuş əsgərlərdən gedir.
Mayın 22-də Donetsk vilayətində azı yeddi dinc sakin öldürülüb, səkkiz nəfər yaralanıb.
Bu arada Rusiya Ukraynanın ikinci böyük şəhəri Xarkovu, eləcə də cənubda Mikolayev və Zaporijya şəhərlərini bombardman etməkdədir.
***
Britaniya ordusu Rusiyanın Donbasda itkilərinin artmasını zəif səviyyəli taktika, havadan dəstəyin yetərsiz olması, zəif çeviklik, eləcə də komandanlığın uğursuzluğu gücləndirməyə, səhvləri təkrarlamağa hazır olmasıyla izah edir.
Bülletendə xəbərdarlıq edilir ki, itki sayının artması Rusiyada ictimai narazılığı gücləndirə bilər.
Ukrayna rəsmiləri bu müharibədə öz itkilərinin miqyasını açıqlamırlar. Prezident Vladimir Zelenski mayın 22-də mətbuat konfransında deyib ki, şərqdəki döyüşlərdə 50-100 ukraynalı döyüşçü öldürülür. Onun gündəlik itki sayını nəzərdə tutduğu güman edilir.
***
Mayın 23-də Zelenski Davosda Dünya İqtisadi Forumunda çıxış etməlidir. Forumun təşkilatçıları hələ martda bildiriblər ki, Moskvanın Ukraynanı işğal etməsi səbəbindən Rusiya şirkətləri ilə əlaqələri kəsirlər.
Adətən yanvarda keçirilən bu nüfuzlu dördgünlük konfrans koronavirus pandemiyasına görə təxirə salınırdı. Bu dəfə tədbirə 2500 siyasətçi, biznes və cəmiyyət liderinin yığışacağı gözlənir.
Mayın 22-də Ukrayna parlamenti ölkədəki hərbi vəziyyəti Prezident Zelenskinin xahişilə azı avqustun 23-cən uzadıb.
***
Bu gün Kiyevdə müharibənin ilk hərbi cinayətlər məhkəməsində hökm gözlənir. 21 yaşlı rusiyalı serjant Vadim Şişimarin işğalın ilk günlərində 62 yaşlı dinc sakini öldürdüyünü etiraf edib. Amma o, məhkəmədə deyib ki, bunu təzyiq altında edib və “gerçəkdən üzgündür”.
Təqsirləndirilənə ömürlük həbs istəyən prokurorların sözlərinə görə, o, “kriminal sifariş” icra etdiyini “çox yaxşı bilib”.
Rusiyanın Ukraynadakı müharibəsi dünyada məcburi köçkünlərin sayının ilk dəfə olaraq 100 milyonu keçməsinə səbəb olub. Bu haqda BMT-nin Qaçqınlar üzrə Agentliyi mayın 23-də məlumat yayıb.
Ukraynada müharibə nəticəsində 8 milyon nəfər məcburi köçkünə çevrilib, onlardan 6 milyonu ölkəni tərk edib.