Ukrayna ordusundan işğalçılara ağır zərbə
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
16:17 | 23 may 2022 | Bazar ertəsi
Məqaləyə 1039 dəfə baxılıb
Şriftin ölçüsü
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
Ukrayna Prezidenti Vladimir Zelenski dünyanı Rusiyaya qarşı cəzalandırıcı sanksiyaları sərtləşdirməyə çağırıb. Onun sözlərinə görə, bununla da başqa ölkələrə xəbərdarlıq olunar ki, öz məqsədləri üçün təcavüzə əl atsalar, ağır nəticələrlə üzləşərlər.
Zelenski İsveçrənin Davos kurort şəhərində keçirilən Dünya İqtisadi Forumunun ilk günü çıxış edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı səbəbsiz hərəkətlərinə oxşar təcavüzü önləmək üçün “reaksiya xarakterli deyil, qabaqlayıcı tədbirlər” görülməlidir.
***
“Sizə və ölkələrinizə Ukraynaya dəstək məsələsində birləşməyinizə və ölkəmizə qarşı müharibəyə görə Rusiyanı cəzalandırmaq cəhdlərinizə görə minnətdaram. Ancaq deməliyəm ki, bunu yalnız indi edirlər, biz isə 2014-cü ildən Rusiyanın tammiqyaslı təcavüzündən danışırıq. Dünya reaksiya tipli deyil, qabaqlayıcı tədbirlər görsəydi, müharibənin qarşısını almaq olardı”, – Zelenski deyib.
Ukrayna prezidenti qeyd edib ki, dünya Rusiyanın hərəkətləri fonunda dönüş nöqtəsinə çatıb, qətiyyətlə hərəkət edə bilməsə, bu, beynəlxalq şirkətlərin “Rusiyanın törətdiyi hərbi cinayətlərin bir parçasına çevrilməsi” anlamına gələr.
O, Rusiya və digər potensial aqressorların görk alması üçün maksimum sanksiya tətbiqinə çağırıb.
***
Zelenski ölkəsinin daha çox silaha ehtiyacı olduğunu vurğulayıb. O eyni zamanda müharibəni dayandırmaq və oxşar təcavüzkar niyyətləri olan ölkələrə mesaj göndərmək üçün diplomatik addımların da gərəkdiyini qeyd edib. Bu addımlar sırasında bütün xarici şirkətləri Rusiya bazarından çıxarmağı, Rusiya neftinə embarqonu, Rusiyanın bütün banklarını bloklamağı, Rusiya ilə ticarəti kəsməyi sadalayıb.
“Fevralda müharibənin ta əvvəlində bizə gərəkən silahları 100 faiz əldə etsəydik, onminlərlə həyat xilas olunardı. Ona görə də Ukraynaya xahiş etdiyimiz silahların hamısı lazımdır, təkcə təchiz olunduqlarımız deyil”, – Zelenski sözlərinə əlavə edib.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.