Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
09:40 | 24 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 1006 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna bayraqları Xarkov şəhərinin 18 saylı qəbiristanlığında həlak olanların tabutlarını bürüyüb. Ukraynanın ikinci şəhəri yaxınlığındakı Bezliudivka qəbiristanlığından bir neçə ildir ki, hərbi sahə kimi istifadə edilirdi.
Üç ay əvvəl Rusiyanın işğalından sonra Ukrayna əsgərləri burada dəfn edilir. Şənbə günü isə daha çox əsgər yoldaşlarının yanında torpağa tapşırılıb. Estakadalara qoyulan iki tabut 1976-cı il təvəllüdlü Sergey Profotilova və 1985-ci il təvəllüdlü İqor Malenkova məxsus olub. Hər ikisi Xarkovdan şərqdə yerləşən Vilxivkada öldürülüb.
Qəbirlərində qeyd olunan rəsmi ölüm tarixi mayın 11-dir. Amma yəqin ki, bu, onların cəsədlərinin bir ay əvvəl işğaldan azad edilməzdən əvvəl şiddətli döyüşlərin olduğu kənddən çıxarıldığı vaxtdır.
“Onlar şəxsiyyətini təyin edə bilmədiyimiz daha beş cəsədlə birlikdə tapılıb”, – deyə bir əsgər bildirib.
“Biz onların edam edildiyindən şübhələnirik. Onlar başlarının arxasından güllələrlə öldürülüblər”, o əlavə edib.
Təxminən bir saat davam edən mərasimdə yalnız 12 əsgər və ölənlərdən birinin qardaşı iştirak edib. Hərbi kapella bir neçə kilometr aralıda Rusiya və Ukrayna artilleriya atəşi fonunda tabutların üzərinə dualar oxuyub.
Mərasim iştirakçıları məzarların üzərinə qırmızı qərənfillər düzüb. Ölən əsgərlərdən birinin qardaşı əlində ölüm şəhadətnaməsi olan onlarla məzar cərgəsində tək başına qalıb.
Mərasimi lentə almaq və ya həlak olan döyüşçünün şəxsiyyətini müəyyənləşdirmək qadağan edilib.