ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
08:19 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 835 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Ukrayna səmasında Rusiya hərbi-hava qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin idarə etdiyi qırıcı təyyarə vurulub. Bu barədə məlumatı BBC-nin Rus xidməti həlak olmuş generalın tabeçiliyində olmuş üç hərbçiyə istinadən yayıb. Rusiya Müdafiə Nazirliyi hələki bu xəbərə şərh verməyib.
Ötən bazar, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər vermişdi ki, Luqansk vilayətinin Popasnı rayony üzərində “Stinger” hava hücumundan müdafiə raketi ilə Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulub. Bu da xəbər verilirdi ki, pilot katapult edə bilməyib.
Bu xəbərin ardınca Rusiya teleqram-kanallarında yayılan məlumatlarda deyilirdi ki, qırıcı təyyarəni general Botaşevin özü idarə edirmiş.
Kanalın administratoru sonradan “Botaşev” soyadını silsə də, müzakirə iştirakçıları onun adını K.X.B (Kanamat-Xusiyeviç-Botaşev) şəklində qeyd edirdilər.
***
Bu da qeyd olunur ki, Botaşev Rusiyanın Ukrayna müharibəsində həlak olması barədə xəbər verilmiş ən yüksək rütbəli pilotudur. 63 yaşlı pensiyaçı generalın Ukrayna səmasında vurulan Su-25-in sükanı arxasına necə keçdiyi barədə məlumat yoxdur. Keçmişdə tabeliyində olmuş hərbçilər bu fikirdədirlər ki, general “sadəcə olaraq hadisələrdən kənarda qalmaq istəməyib”.
Botaşev istefaya gedənədək aviasiya alayı komandiri idi. 63 yaşlı general-mayor təqaüdə çıxdıqdan sonra Peterburq və Leninqrad vilayətlərinin DOSAAF - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin aviasiya üzrə rəis müavini işləyirdi.
***
Rusiyada hərbi komissarlıqların və özəl hərbi şirkətlərin istefada olan hərbçiləri müharibədə iştiraka cəlb etmələri məlumdur. Ümumiyyətlə, Ukraynada Rusiyanın azı 31 hərbi təyyarəçisi həlak olub.
Rusiya Müdafiə Nazirliyinin Ukraynanın bütün havadan müdafiə və hərbi-hava qüvvələrinin məhv edildiyinə dair bəyanatlarına baxmayaraq, Rusiya hələ də Ukrayna səmasında hegemonluğu ələ ala bilməyib.
Xəbər verilir ki, Ukrayna hazırda ən müasir hava hücumundan müdafiə sistemlərinə və çox sayda zenit qurğularına malikdir. Ukrayna tərəfi indiyədək 204 Rusiya hərbi təyyarəsinin vurulduğunu bildirir. Rusiya Müdafiə Nazirliyi isə bu kimi xəbərləri şərh etmir.
Vikipediadakı məlumata görə Kanamat Botaşev 1959-cu ildə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Aşağı Teberda kəndində doğulub. Burada əsasən milliyyətcə qaraçaylar yaşayırlar.