
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Qərb, özəlliklə Avropa Rusiyanın səbəbsiz müharibəsinə qarşı birləşməli, Ukraynaya dəstəyi gücləndirməlidir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyir. O, mayın 25-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Ukrayna lideri Rusiya fevralın 24-də hücuma başlayandan Kiyevə göstərilən maliyyə və hərbi dəstəyə görə təşəkkür edib. Amma onu da deyib ki, Avropanın vəhdətində çatlar müharibəyə qarşı səyləri məhdudlaşdırır.
Zelenski Ukraynanın müharibədə ərazisindən heç bir hissə itirmək istəmədiyini vurğulayıb.
O, silahlarla bağlı vəhdətin vacibliyini, praktikada isə bunun görünmədiyini deyib. Özəlliklə Birləşmiş Ştatlara təşəkkür edən Zelenski Avropanın Moskvaya təzyiqini əngəllədiyinə görə Macarıstanın adını ayrıca qeyd edib. Macarıstan Aİ-nin Rusiyadan neft idxalına embarqo qoymasına qarşı çıxır.
“Avropa qitəsindəyik və bizə vahid Avropanın dəstəyi lazımdır... Macarıstan Aİ-nin qalan hissəsi kimi birləşməyib”, – Zelenski deyib.
O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib. Amma bundan ötrü Moskvanın qüvvələrini müharibə başlanmazdan öncə Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə çəkməli olduğunu vurğulayıb.
“Ukrayna ərazisini tam qaytaranacan döyüşəcək”, – Zelenski bildirib.
***
Rusiya Ukraynanın şərqində tammiqyaslı hücuma qüvvələr və avadanlıq yönəltməkdədir, iki şəhərdə Ukrayna əsgərlərini mühasirəyə almağa çalışır. Kiyev taleyini müəyyənləşdirə biləcək ölüm-dirim savaşına getməsi haqda xəbərdarlıq edib.
Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda vəziyyətin “həddən artıq çətin” olduğunu deyib.
“Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib”, – Zelenski mayın 24-də axşam çıxışında söyləyib.
Rusiya qüvvələri Donbasda Ukraynanın nəzarətində olan hissəni şərqdən mühasirəyə almaq üçün üç istiqamətdə irəliləyir, əsas diqqət Siverski Donets çayının şərq və qərb sahillərində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldilib.
***
Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib ki, ötən gecə Severodonetskin atəşə tutulması nəticəsində altı dinc sakin öldürülüb.
Ukrayna ordusu mayın 24-də Donbasda Rusiyanın doqquz hücumunu səf etdiyini, regiona Rusiyanın hücumları nəticəsində azı 14 dinc sakinin öldürüldüyünü bildirib.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik mayın 24-də deyib ki, ölkənin şərqində gedən döyüşlər onun gələcəyini müəyyənləşdirə bilər.
“Rusiyanın ölkəmizə qarşı tammiqyaslı təcavüzünün ən aktiv mərhələsini müşahidə edirik. Şərq cəbhəsində vəziyyət həddən artıq çətindir, çünki orada ölkənin taleyi həll olunur”, – Motuzyanik telebrifinqdə deyib.
***
Britaniya kəşfiyyatı isə xəbərdarlıq edib ki, Ukraynanın Odessa limanını Rusiyanın blokadaya alması buğda ixracında qıtlığa səbəb olub, bunu quru yoluyla kompensasiya etmək mümkün deyil.
Britaniya Müdafiə Nazirliyinin mayın 25-də yaydığı gündəlik məlumata görə, Rusiyanın dəniz blokadası Ukrayna limanlarına kommersiya gəmilərinin girişini kəsdiyi müddətdə “təchizatın kəsilməsi bir çox əsas istehlak məhsullarını bahalandırmaqda davam edəcək”.
Rusiyanın fevralın sonunda Ukraynaya qarşı başlatdığı müharibə və bundan sonra Qərbin qoyduğu sanksiyaları buğdanı, bitki yağını, gübrəni, enerjini bahalandırıb.
Ukrayna və Rusiya birlikdə qlobal buğda təchizatının üçdə birini təşkil edir.
***
Rusiya rəsmilərinin məlumatına görə, Mariupol yaxınlığında dəniz minalardan təmizlənib, Ukraynanın cənub sahilindən 70-dək xarici gəminin çıxması üçün təhlükəsiz dəhliz açılacaq.
Bir neçə ay mühasirədə qalmış Mariupolda bir yaşayış binasının dağıntıları altından 200 dağılmış meyit tapılıb. Məlumatı Ukrayna hakimiyyəti mayın 24-də açıqlayıb.
Şəhər merinin müşaviri Petro Andryuşçenko cəsədlərin nə vaxt tapıldığını deməyib. Amma bu, qurban sayına görə müharibədə indiyədək bəlli, ən çox ölümlə nəticələnmiş hücumlardan biri ola bilər.