Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
08:24 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 694 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda dünya liderləri və biznes rəhbərlərinə müraciətində Rusiyanın ölkəyə hərbi müdaxiləsindən sonra dönüş nöqtəsi ilə üzləşdiklərini və Moskvaya qarşı sanksiyaları gücləndirməyin vaxtının çatdığını bildirib.
Dünya və biznes liderləri koronavirus pandemiyasından bir qədər əvvəl, 2020-ci ilin yanvarından bəri ilk dəfədir Davosda bir araya gəlirlər. Onlar indi Ukraynada müharibə, iqtisadi böhranlar və ərzaq qıtlığı kimi çoxsaylı problemlərlə qarşılaşmış xeyli dəyişmiş dünyada fəaliyyət göstərirlər.
Ukrayna prezidenti Kiyevdən videobağlantı vasitəsilə nümayəndələrə müraciət edib. O, Rusiyaya qarşı “maksimum sanksiyalar” tələb edib.
“Rusiya neftinə embarqo, istisnasız olaraq bütün Rusiya banklarının tam blokadası. Rusiyanın İT sektorundan tamamilə imtina etmək və təcavüzkarla ticarəti tamamilə dayandırmaq... Rusiyanın xüsusi silahlardan, kimyəvi, bioloji, tanrı qorusun, nüvə silahlarından istifadəsini gözləməyin” – deyə, Zelenski Davosda çağırış edib.
“Bütün xarici bizneslərin Rusiya bazarından tamamilə çıxması üçün bir presedent yaratmalısınız ki, brendləriniz hərbi cinayətlərlə əlaqəli olmasın və hərbi cinayətkarlar ofislərinizdən, hesablarınızdan və mallarınızdan öz qanlı maraqları üçün istifadə etməsinlər”, – deyə o əlavə edib.
Ukrayna Davosa Kiyevin meri Vitali Kliçkonun daxil olduğu böyük nümayəndə heyəti göndərib. “Hər biriniz başa düşməlisiniz: biz sizi müdafiə edirik. Biz dəyərlər uğrunda, ümid edirəm ki, eyni dəyərlər, demokratik dəyərlər uğrunda mübarizə aparırıq”, – deyə bazar ertəsi Kliçko bildirib.
Ukrayna nümayəndə heyətinin mesajı hərarətlə qarşılanıb. Lakin Kiyevin Rusiyanın enerji və ticarətinə tam embarqo qoyulması tələbləri yerinə yetirilməkdən uzaqdır.
Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri Rusiyadan neft və qaz idxal etməyə davam edir. Macarıstan Aİ-nin Rusiya neftinin idxalına tam embarqo qoyması səylərinə qarşı müqavimət göstərir.
Almaniyanın iqtisadiyyat naziri və vitse-kansler Robert Habek Macarıstanı Aİ tərəfdaşlarına qoşulmağa çağırıb.
Bu arada Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Rusiya Ukraynanın Qara dəniz limanlarının blokadasına son qoymasa, qlobal ərzaq böhranına dair xəbərdarlıq edib.
“Ukrayna 400 milyon insanı qida ilə təmin etmək üçün kifayət qədər ərzaq yetişdirir. Bu hazırda bazardan kənardadır və onu bazara qaytarmağın yeganə yolu limanların yenidən açılmasıdır”, – deyə Bisli bazar ertəsi bildirib.
“Bu, qlobal ərzaq böhranı olacaq. Əgər bu limanları açmasaq, siz növbəti 10-12 ay ərzində ərzaq qiymətləri problemindən danışacaqsınız, lakin gələn il bu, qidanın mövcudluğu problemi olacaq və bu, yer üzünü cəhənnəmə çevirəcək”, – deyə o əlavə edib.