Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
16:19 | 27 may 2022 | Cümə
Məqaləyə 902 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Rusiyanın Uzaq Şərqdə yerləşən Primorsk diyarında Kommunist Partiyasından bur qrup deputat Prezident Vladimir Putini Ukraynada hərbi əməliyyatları dayandırmağa və qüvvələrin hamısını bu ölkədən çıxarmağa çağırıblar.
Vilayətin qanunverici orqanının üzvü Leonid Vasyukeçiv mayın 27-də iclasda deputatların bəyanatını səsləndirib.
***
Bəyanatda deyilir ki, Rusiya Ukraynada ciddi itkilər verir, hərbi yolla uğur qazanmağın yolu qalmayıb: “Anlayırıq ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkədə daha çox uşaq valideynsiz qalacaq. Hərbi əməliyyatda gənclər ölür, yaxud əlilə çevrilirlər, baxmayaraq ki, onlar ölkəyə çox faydalı ola bilərdilər”, – bəyanatda vurğulanır.
Vasyukeviç bəyanatı özü və həmkarları Gennadi Şulqa, Natalya Koçuqova və Aleksandr Sustovun imzaladığını deyib.
İclasda iştirak edən vilayət qubernatoru Oleq Kojemyako bəyanatı müdafiə edən Vasyukeviç və Şulqanın binadan çıxarılmasına göstəriş verib.
“Bu addım Rusiya ordusunun və nasizmə qarşı savaşan müdafiəçilərimizin nüfuzuna kölgə salır. Siz xəyanətkarsız”, – Kojemyako Vasyukeviçə müraciətlə deyib.
***
Deputatlar Vasyukeviç və Şulqanın sessiyada çıxış etməsinə imkan verməyiblər. Kommunist partiyasından deputatların lideri Anatoli Dolqaçyov deyib ki, deputatların bu hərəkətinin “çox ağır nəticələri” olacaq.
Sustov deyib ki, “Ukraynadakı xüsusi hərbi əməliyyat haqda” şəxsi fikri var, amma bəyanatı imzalamayıb. Bu isə Vasyukeviçin dediyinə ziddir.
İnterfax xəbər agentliyinin məlumatına görə, Koçuqova da iclasda bəyanatı imzalamadığını bildirib.
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb, amma ukraynalıların gözlənəndən daha sərt müqavimətilə üzləşib.
Ukrayna və Qərb rəsmiləri müharibədə minlərlə Rusiya əsgərinin həlak olduğunu deyirlər. Moskva martın 25-dək 1351 əsgərin öldüyünü açıqlamışdı.