Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:55 | 27 may 2022 | Cümə
Məqaləyə 1068 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Prezidenti Vladimir Zelenski deyir ki, ölkəsinin suverenliyini və mövcudluğunu qorumaq üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıq aparmalıdır.
Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar sonuncu dəfə martın 29-da keçirilib. Sonradan danışıqlar bir müddət onlayn davam etsə də, tərəflər indi kontaktların dayandığını deyirlər.
Zelenski mayın 27-də İndoneziyanın bir təhlil mərkəzində çıxışında deyib ki, Ukrayna Putinlə danışıqlara can atmır, ancaq reallıq budur ki, Moskvanın fevralın 24-də başladığı təcavüzü bitirmək üçün bu lazımdır.
“Rusiya liderilə müzakirə olunası məsələlər var. Sizə deyirəm ki, xalqımız onunla danışığa can atmır, amma içində olduğumuz reallıqla üzləşməliyik”, – Zelenski deyib.
“Bu görüşdən nə istəyirik? Həyatlarımızı geri istəyirik... Suveren bir ölkənin öz ərazisində mövcudluğunu geri tələb etmək istəyirik”, – o deyib, amma Rusiyanın ciddi sülh danışıqlarına hazır görünmədiyini vurğulayıb.
***
Zelenski Rusiyanı qlobal ərzaq təchizatında böhrandan silah kimi istifadədə suçlayıb. Rusiya Qərbin bəzi sanksiyaları qaldırması əvəzində buğdanın dənizlə ixracına icazə verəcəyini bildirib.
Kreml mayın 27-də bildirib ki, Kiyevin nə istədiyi aydın deyil.
“Ukrayna rəhbərliyi daim ziddiyyətli bəyanatla verir. Bu bizə Ukraynanın nə istədiyini tam anlamağa imkan vermir”, – Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb.
Moskvanın fevralda başladığı müdaxiləsi nəticəsində Ukraynanın Qara dəniz limanları sonra Rusiya hərbi gəmiləri tərəfindən blokadaya alınıb. 20 milyon tonadək taxılın Ukraynada anbarlarda qaldığı bildirilir.
Rusiya və Ukrayna qlobal taxıl ehtiyacının üçdə birini təmin edir. Bu səbəbdən də Ukrayna taxılının ixrac edilə bilməməsi dünyada ərzaq böhranı yarada bilər.
Rusiya Prezidenti Vladimir Putin İtaliyanın baş naziri Mario Dragi ilə telefon söhbətində deyib ki, Rusiya dünya ərzaq qıtlığının aradan qaldırılmasına kömək edə bilər, amma bunun qarşılığında Moskva üzərindəki bütün sanksiyalar qaldırılmalıdır.