Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:54 | 28 may 2022 | Şənbə
Məqaləyə 1085 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Pravoslav Kilsəsi (UPK) Rusiya Pravoslav Kilsəsinin (RPK) tərkibindən çıxdığını və “tam müstəqil” olduğunu elan edib. UPK-nın bu barədə qərarı mayın 27-də onun rəsmi saytında dərc olunub.
Bundan əvvəl UPK-nın rəhbərləri təcili kilsə şurasının iclasını çağırmışdılar.
Şura bəyan edib ki, UPK tədhinin (kilsədə sürtülən xüsusi yağ) müstəqil olaraq hazırlanmasını bərpa edir.
Bu isə kilsə ayinləri mənasında o deməkdir ki, UPK özünü Moskva və İstanbul (Konstantinopol) patriarxlıqlarından müstəqil hesab edir.
UPK eyni zamanda Moskva patriarxlığından daha əvvəl ayrılmış Ukrayna Müstəqil Pravoslav Kilsəsini (UMPK) aralarındakı ixtilafın çözümü üçün dialoqu bərpa etməyə çağırıb.
UPK-nın bəyanatında bildirilir ki, o Moskva patriarxının Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe ilə razı deyil.
UPK habelə Ukrayna və Rusiya rəhbərliyinə müraciət edərək onları danışqılar prosesini davam etdirməyə “qan tökülməsinin dayandırılması üçün güclü və müdrik Söz axtarışına” çağırıb.
***
RPK mitropoliti Onufrinin (Berezovskinin) yepiskop, ruhani və icma nümayəndələrindən ibarət şuraya müraciətində deyilir ki, UPK müharibənin ilk günündən Ukraynaya qarşı təcavüzü birmənalı şəkildə pisləyib: “Amma təəssüf ki, bizim səsimiz eşidilmədi”.
İndiyədək Ukrayna ərazisində iki pravoslav kilsəsi fəaliyyət göstərirdi.
Ukrayna Pravoslav Kilsəsinin bir hissəsi 2018-ci ildə müstəqiliyini elan etmiş və Konstantinopol (İstanbul) patriarxlığı tərəfindən tanınmışdı.
O vaxt pravoslavların bu kilsəyə qoşulmayan hissəsi Moskva patriarxlığının tabeçiliyində qalırdı. İndi məhz bu pravoslavlar Moskvadan ayrıldıqlarını elan ediblər.
Gələcəkdə Ukraynadakı iki pravoslav kilsəsinin birləşərək vahid Ukrayna Pravoslav Kilsəsi olması mümkündür.
UPK-nın saytında dərc olunmuş sənəddə deyilir ki, kilsə Ukrayna qaçqınlarına sığınacaq vermiş Qərb ölkələrində öz icmalarını yaratmaq niyyətindədir.
Adətən belə icmaların yaradılması üçün Konstantinopol patriarxından icazə alınır.