“Coğrafi olaraq ofsayt” – VİDEO
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
22:26 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 1267 dəfə baxılıb
Şriftin ölçüsü
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Finlandiya və İsveçin yüksək səviyyəli rəsmiləri Türkiyənin Şimali Avropanın bu iki ölkəsinin NATO-ya üzvlük haqda müraciətlərinə qarşı etirazlarını aradan qaldırmaq üçün Ankarada türkiyəli həmkarları ilə danışıqlar keçiriblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik şərtləri yerinə yetirilmədiyi təqdirdə Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxacağını bildirib. Bir sıra təhlilçilərin fikrincə, prezident Ərdoğan öz narahatlıqlarına daha çox ABŞ prezidenti Co Bayden tərəfindən diqqət verilməsinə çalışır.
İsveç və Finlandiyanın Rusiyanın Ukraynaya əsassız müdaxiləsinə reaksiya olaraq NATO-ya üzv olmaq üçün müraciət etdiyi vaxt ABŞ-ın yüksək səviyyəli rəsmiləri NATO müttəfiqi Türkiyənin iki ölkənin namizədliyinə etirazlarını geri çəkməsi üçün tələblərini aydınlaşdırmağa çalışır.
ABŞ Dövlət katibi Entoni Blinken Ukraynada müharibə və Finlandiya ilə İsveçin müraciətlərini müzakirə etmək üçün keçən həftə Nyu-Yorkda türkiyəli həmkarı ilə görüşüb.
“Bu gün Finlandiya və İsveç öz ərizələrini təqdim etdi və bu, əlbəttə ki, bir prosesdir və biz müttəfiqlər və tərəfdaşlar kimi bu proses üzərində işləyəcəyik”, – Blinken bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu iki ölkənin transatlantik təhlükəsizlik alyansına qoşulmasına qarşı sərt etirazında prezident Rəcəb Tayyib Ərdoğana qoşularaq, onları PKK üzvlərinə sığınacaq verməkdə və terrorçu təşkilatı maliyyələşdirməkdə ittiham edib.
Prezident Bayden keçən həftə Ağ Evdə Finlandiya və İsveç liderləri ilə bir araya gələrək iki ölkəyə tam dəstəyini vəd edib və onların NATO-nun bütün tələblərinə daha çox cavab verdiklərini deyib.
Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, Helsinki terrorizm məsələsini ciddi qəbul edir və Türkiyənin narahatlığını həll etməyə hazırdır.
İsveçin baş naziri Maqdalena Andersson hökumətinin NATO üzvü olan digər ölkələrlə də dialoq apardığını deyib və İsveçin 200 illik hərbi bloklara qoşulmaması siyasətindən sonra Rusiyanın Ukraynaya müdaxiləsinin gətirdiyi tarixi dəyişikliyi vurğulayıb.