Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:52 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 698 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı ABŞ-ın Ukraynaya Rusiyanın dörd aydır apardığı hərbi müdaxiləsinə qarşı mübarizəsinə yardım səylərinin bir hissəsi olaraq Ukraynanı “daha çox qabaqcıl raket sistemləri və döyüş sursatları” ilə təmin etməyə qərar verdiyini deyib.
Bayden “The New York Times”da dərc olunan köşə yazısında bildirib ki, Birləşmiş Ştatlar döyüş meydanında və nəhayət Rusiya ilə sülh danışıqlarında mövqeyini gücləndirmək üçün Ukraynaya silah və sursat yardımı edib.
“Səbəbsiz təcavüz, doğum evləri və mədəniyyət mərkəzlərinin bombalanması və milyonlarla insanın məcburi didərgin düşməsi Ukraynadakı müharibəni dərin mənəvi problemə çevirir”, – Bayden deyib.
Əlavə qabaqcıl silah göndərmək qərarı Bayden administrasiyasının daha öncəki qərarsızlığından sonraya təsadüf edib. Bayden özü bazar ertəsi Birləşmiş Ştatların “Rusiyanı vura biləcək” raketlər göndərməyəcəyini demişdi.
Associated Press administrasiyanın yüksək vəzifəli rəsmilərindən sitat gətirərək bildirib ki, çərşənbə günü açıqlanacaq yeni silah paketinə 70 kilometr məsafə qət edə bilən orta-mənzilli raketlər daxildir. Rəsmilər, həmçinin deyib ki, Ukrayna qüvvələrinin raketləri Rusiya ərazisinə atmayacağına dair zəmanət verib.
Bayden çərşənbə axşamı yazıb ki, o, Rusiya ilə müharibə aparmaq istəmir.
“Mən cənab Putinlə nə qədər fikir ayrılığı yaşasam da, və onun əməllərini dəhşətli olaraq görsəm də, Birləşmiş Ştatlar onu Moskvada devirməyə çalışmayacaq”, Bayden deyib.
“Birləşmiş Ştatlar və bizim müttəfiqlərimizə hücum olunmadığı təqdirdə, biz nə Ukraynaya döyüşmək üçün Amerika əsgəri göndərməklə, nə də Rusiya qüvvələrinə hücum etməklə bu münaqişəyə birbaşa cəlb olunmayacağıq. Biz Ukraynanı öz hüdudlarından kənara zərbə endirməyə təşviq etmirik və ya imkan yaratmırıq”.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya ABŞ-ın Ukraynaya silah göndərməsinə mənfi baxır və əlavə edib ki, onlar sülh danışıqlarının yenilənməsini təşviq etmirlər.
“Biz inanırıq ki, ABŞ qəsdən od üstünə yağ tökür. Aydındır ki, ABŞ Rusiya ilə son ukraynalıya qədər vuruşmaq mövqeyindədir”, Peskov bildirib.
Rusiya Moskvanın sənaye mərkəzi olan Donbas bölgəsini ələ keçirmək cəhdində mühüm rol oynayan Ukraynanın şərqində yerləşən Severodonetsk şəhərinin yarısından çoxunun nəzarətini ələ keçirib. Bunu şəhərin meri və bölgənin ukraynalı qubernatoru çərşənbə axşamı etiraf edib.
Luqansk bölgəsinin qubernatoru Sergey Qayday deyib ki, Rusiya və Ukrayna qoşunları arasında günlərlə davam edən şiddətli döyüşlərdən sonra Moskvanın qüvvələri şəhərin böyük hissəsinə nəzarəti ələ keçiriblər, amma onu mühasirə etməyiblər.
O deyib ki, Rusiyanın intensiv atəşi şəhərə humanitar yardım çatdırmağı və bir zamanlar 100 min sakini olan dağılmış şəhərdə qalan 13 min insanı evakuasiya etməyi qeyri-mümkün edib.
Mer Aleksandr Striyuk “Associate Press”ə bildirib ki, Rusiya qüvvələri “intensiv hücum”la şəhərin yarısını ələ keçirib.
“Şəhər məhəllə-məhəllə amansızca dağıdılır”, Striyuk deyib. O bildirib ki, küçələrdə ağır döyüşlər və artilleriya bombardmanı davam edir.