Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
16:22 | 3 iyun 2022 | Cümə
Məqaləyə 967 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Almaniyanın keçmiş kansleri Angela Merkel 24 fevralda Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq Rusiya təcavüzünü pisləyən və Ukraynaya dəstək verən bəyanat səsləndirib.
İyunun 1-də axşam Almaniya həmkarlar ittifaqının bir tədbirində çıxış edən Merkel Rusiyanın Ukraynaya müdaxiləsini II Dünya Müharibəsindən sonra Avropa tarixinin “ən dərin dönüş anı” adlandırıb: “Mən Rusiyanın hücumuna və müdaxiləsinə məruz qalmış Ukrayna ilə həmrəylik ifadə edirəm və onun özünümüdafiə haqqını dəstəkləyirəm”.
Merkel bildirib ki, o Almaniya hökumətinin və dünya birliyinin “Rusiya tərəfindən bu vəhşi aqressiv müharibənin dayandırılmasına” yönəlik bütün səylərini dəstəkləyir.
Keçmiş kansler habelə Ukraynanın dinc əhalisinin iztirablarından, Rusiya ordusunun Ukraynada, o cümlədən Buçada törətdiyi qəddarlıqdan söz açıb.
Merkel Avropo İttifaqının Ukrayna qaçqınlarına dəstəyindən danışıb və deyib ki, Avropanın bundan sonra daha sıx birləşməsinə tərəfdardır.
***
Ötən ilin dekabrında vəzifəsini tərk etdikdən sonra Angela Merkel ictimaiyyət arasında görünməyib.
O müharibə başlanandan sonra iki yazılı bəyanatla çıxış edib.
Merkel birinci bəyanatında müharibəni pisləyib və yeni kansler, sosial-demokrat Olaf Şoltsa dəstək bildirib.
Keçmiş kansler ikinci bəyanatında Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən onun hökumətinin tənqidini rədd edib.
Zelenski Merkel hökumətinin Ukraynanın NATO üzvlüyü məsələsində tutduğu mövqeyi tənqid etmişdi.
Merkel bildirib keçmişdə qəbul etdiyi qərarlardan peşman deyil.
***
Merkelin belə mövqeyini bəzi şərhçilər onun kölgəyə çəkilmək və narahat suallardan qaçmaq cəhdi kimi izah etmişdilər. Yeri gəlmişkən, Merkelin mövqeyi son zamanlar hətta onun Xristian-Demokrat İttifaqından olan həmkarları tərəfindən də tənqid olunurdu.
Keçmiş kansleri habelə Rusiyaya hədsiz güzəştlərdə ittiham edirlər. Tənqidçilər buna misal olaraq Şimal Axını 2 qaz kəməri layihəsinin onun hakimiyyəti dövründə həyata keçməsini göstərirlər.
Merkel habelə Ukraynaya dair Minsk razılaşmalarında Rusiyaya güzəştə getməkdə ittiham olunur.
Almaniyanın daha bir keçmiş kansleri, Cerard Şröder daha kəskin tənqidlərə məruz qalır.
O son zamanlaradək Rusiyanın neft nəhəngi “Rosneft”in direktorlar şurasının üzvü idi və bu vəzifəni yalnız sanksiya siyahısına salınmaq təhlükəsinə görə tərk edib.
Şröderə qarşı sanksiyaların tətbiq olunmasını Avropa Parlamenti tələb edirdi.