Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:51 | 31 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 354 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusların avantüraları bitmir. Hətta, nisbətən liberal kimi görünən rus məmurları da digərləri ilə yarışa giribmiş kimi əcaib-qəraib ideyaları ilə gündəmi zəbt etməkdədirlər. Ötən gün Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın işğal olunmuş əraziləri üçün siyasi struktur konsepsiyasını müzakirə edib.
Konsepsiya hələlik çiy olsa da, o qədər gülüncdür ki, adam məəttəl qalmaya bilmir. Bununla belə, ideya yarımcan prezidentin böyük marağına səbəb olub. Kiriyenkonun təkliflərinin mahiyyəti belədir: işğal olunmuş əraziləri “xunta”dan azad edilmiş elan etmək, bu ərazilərdə “qanuni yolla seçilmiş prezident” Viktor Yanukoviçin hakimiyyətini bərpa etmək, bu əraziləri “qanuni” gücə malik Ukrayna hesab etmək. Ukraynada real hakimiyyəti tanımaqdan imtina edərək, daha sonra Rusiya, Ukrayna və Belarus Respublikasının üç “prezidenti”nin görüşünü keçirməklə bu ölkələri bir dövlətə birləşdirmək. Əslində, bir növ Belovejskaya Puşşanın əksinə olaraq, bu ölkələrin Rusiyaya birləşməsi haqqında birlik sazişinin imzalanması ilə nəticələnən görüş keçirmək...
Beləliklə, Putinin özünün 20-ci əsrin ən böyük geosiyasi fəlakəti hesab etdiyi SSRİ-nin dağılmasının “tarixi səhvini” düzəltmək şansı qazanır. “Tarixi ədalət” bərpa edildikdən, daha doğrusu SSRİ-nin yarımçıq variantından sonra, Rusiyanın artıq öz hissəsi hesab edəcəyi Ukraynanın qalan hissəsinin ilhaqını yeni əsaslarla davam etdirmək təklif olunur. Üstəlik, ilkin plana görə, Putin “Ukraynanı”, daha doğrusu, Rusiyanın özünə birləşdirdiyi muxtariyyət əldə etmiş Krımı və öz inzibati sərhədləri daxilində olan Donbası qazanacaq. Normal düşüncə sahibi üçün İdeya tamamilə absurddur və həyata keçirilə bilməz. Lakin Putinin elə “başına batıb” ki, o, bu planı ətraflı şəkildə hazırlayıb iki həftə ərzində təqdim etməyi tapşırıb. Göründüyü kimi, batan adamın saman çöpündən yapışması kimi Rusiyanı idarə edənlər də dağılmaqda olan ölkələrinin qeydinə qalmaq barədə deyil, “böyük ideyalar” barədə düşünürlər. Bu ideya Rusiya üçün xilasdan daha çox “xara-kiri” sonluğu ola bilər.