Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:27 | 5 iyun 2022 | Bazar
Məqaləyə 807 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 102-cü günü, səhər saatlarında paytaxt Kiyevdə bir-neçə yerdə patlayışlar olduğu bildirilir. Kiyevin meri Vitali Kliçko teleqram kanalında partlayışların paytaxtın Dnepr və Darnitsa rayonlarında baş verdiyini yazıb.
“Paytaxtın Darnitski və Dniprovski rayonlarında bir neçə partlayış baş verib. Xidmətlər artıq yerində işləyir. Ətraflı məlumat daha sonra veriləcək”, – Kliçko bildirib.
Kiyevin peyk şəhəri olan Brovarının meri İqor Sapojko bildirib ki, atəş səhər saat 6 radələrində şəhərə “yaxın” baş verib. “Hələlik Brovari icmasında dağıntılar barədə məlumat yoxdur”, – mer Sapojko bildirib.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri, həm də Ukrayna-Rusiya danışıqlarında (hazırda danışıqlar aparılmır) aparıcı üzvlərdən biri olan Mixailo Podolyak mayın 4-də ümummilli telemarafonun efirində bildirib ki, Rusiya Ukraynanın şərqində “hərbi həll yoluna arxalanıb”, ona görə də hazırda Kiyev sülh danışıqlarını davam etdirməyin mənasını görmür.
“Bu gün danışıqlarda fasilə var... Böyük miqdarda resursları, ehtiyatları, canlı qüvvəni ora cəmləyiblər... Onlar müəyyən situasiya qələbələri əldə etmək, yəni ərazimizin bir neçə kilometrini ələ keçirmək istəyirlər və bundan sonra danışıqların aparılmasını tələb edirlər. güc mövqeyindən”, – Podolyak hesab edir.
Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat bülletenində bildirilir ki, Rusiya hava zərbələri və kütləvi artilleriya bombardmanlarını birləşdirərək təyyarələrdən istifadəni artırıb.
“İdarə olunmayan hərbi sursatlardan istifadənin artması Donbassda yaşayış məntəqələrinin geniş şəkildə dağıdılmasına səbəb olub və demək olar ki, bu mülki əhali arasında əhəmiyyətli itkilərlə nəticələnib”, – Britaniya hərbi kəşfiyyatı qeyd edir.