Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:48 | 5 iyun 2022 | Bazar
Məqaləyə 711 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putin deyir ki, Amerikanın çoxşaxəli raket sistemlərinin Ukraynaya tədarükü müharibənin gedişi üçün “heç nəyi dəyişmir”.
Onun sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya hələ istifadə olunamış həmin obyektlərə zərbələr endirməyə başlayacaq. Putinin bu dedikləri “Rossiya 1” telekanalı yayıb.
Putin ABŞ-ın Ukraynanı çoxsaylı raket sistemləri ilə təmin etmək qərarını şərh edib. Prezidentin sözlərinə görə, bu cür tədarüklərdə “yeni heç nə” yoxdur, çünki Ukrayna ordusunda artıq sovet istehsalı olan oxşar sistemlər xidmətdədir və Qərb tədarükləri yalnız döyüş əməliyyatları zamanı məhv edilənlərin əvəzini çıxmaq üçün nəzərdə tutulub. Rusiya prezidentinin bəyanatına görə, Rusiya hava hücumundan müdafiə sisteminin “fındıq kimi vurduğu” iddia edilən pilotsuz təyyarələrə də aiddir.
Bununla belə, bu sistemlərə adi yayılım raket atəşi sistemi məsafəsindən (45-70 kilometr) atəş açmağa imkan verən raketlər verilərsə, Rusiya “nəticələr çıxaracaq”. Amma Putin sonra hansı obyektlərə zərbə endirəcəyini açıqlamayıb.
Putin deyib ki, Qərb ölkələrinin Ukraynaya silah tədarükünün məqsədi silahlı münaqişəni uzatmaqdır.
“Əlavə silah tədarükü ilə bağlı bütün bu hay-küy, məncə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzatmaq. Əgər (uzaqmənzilli raketlər) tədarük edilərsə, biz bundan müvafiq nəticə çıxarıb, öz gücümüzdən istifadə edəcəyik. Hələ vurmadığımız obyektlərə zərbə endirmək üçün əlimizdə kifayət qədər silah var”, - Putin bildirib.
ABŞ bu həftə Ukraynanı HIMARS-lə (High Mobility Artillery Rocket System) təchiz etmək qərarına gəlib. Vaşinqton bu silahların Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməyəcəyini gözləyir. Sözügedən sistemlərin atış məsafəsi 80 km-ə qədərdir, lakin müəyyən modifikasiyada və müvafiq döyüş sursatı ilə təmin olunarsa bu məsafə 300-500 km-ə çata bilər.