Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:20 | 5 iyun 2022 | Bazar
Məqaləyə 906 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putin Qərbin Kiyevi uzun mənzilli silahlarla təmin edəcəyi təqdirdə Ukraynada “hələ vurulmayan” hədəflərə zərbə endiriləcəyini bildirib. İyunun 5-də “Rossiya-1” dövlət televiziya kanalına müsahibəsindən çıxarışlarda Putin deyib ki, Qərbin Ukraynaya silah verməsi ilə bağlı “hay-küy” münaqişəni uzatmaq üçün “bir hiylədir”. Putin Rusiyanın hansı yeni hədəfləri vura biləcəyini açıqlamayıb.
Rusiya fevralın 24-də Ukraynaya hərbi hücuma başladıb. 100 gündən çox davam edən döyüşlərdə on minlərlə insan həlak olub, milyonlarla insan ölkəni tərk edib.
Rusiya münaqişə zamanı itkiləri barədə ətraflı məlumat yaymayıb. Lakin Qərb və Ukrayna təhlilçilərinə əsasən, itkilər Moskvanın ilkin olaraq gözlədiyindən qat-qat çoxdur.
Ukrayna Rusiya qüvvələrinin dərinliyinə zərbələr endirmək üçün “M270” və “M142” HİMARS raket sistemi əldə etmək istəyir.
ABŞ prezidenti Co Bayden raket sistemlərinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə olunmayacağına əmin edildikdən sonra keçən həftə Ukraynaya HIMARS sisteminin veriləcəyini bildirib.
İspaniyanın “El Pais” qəzeti iyunun 5-də yazıb ki, Madrid Ukraynaya zenit raketləri və “Leopard” döyüş tankları verməyi planlaşdırır. İspaniya ölkənin 500 hərbçisi yerləşdirdiyi Latviya bazasında ukraynalı hərbçilərə silahlardan istifadəni öyrətməyi planlaşdırır.
Putin bildirib ki, yeni silahlar “Ukrayna texnikasının itkilərini əvəz etmək üçün” nəzərdə tutulub və “mahiyyətcə heç nəyi dəyişməyəcək”.
Təhlilçilərin fikrincə, ABŞ-ın Ukraynaya ağır artilleriya silahlarının verilməsi ilə bağlı tərəddüdünün səbəbi, bunun Rusiyanı təxribata çəkə biləcəyi ehtimalı idi.
Bəzi təhlilçilər deyirlər ki, ABŞ administrasiyanın silah təchizatı ilə bağlı daxili debatları Ukrayna üçün dəyərli vaxtın itirilməsinə səbəb olub.