Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
09:25 | 6 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 848 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır. Bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan “Facebbok” səhifəsində yazıb.
“İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”, – o deyib.
Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”.
O, iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur.
“Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”, – Saqatelyan əlavə edib. (report.az)