Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:06 | 6 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 622 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna qüvvələri ölkənin şərqindəki Severodonetsk şəhərində ağır döyüşlərdə Rusiya qüvvələrini geri oturdub, şəhərin yarısına nəzarəti ələ alıblar. Bunu vilayət qubernatoru Sergey Qayday deyib, amma eyni zamanda əlavə edib ki, rusiyalıların artilleriya bombardmanını ikiqat artıracağını gözləyir.
Dəmiryolu habı olan Severodonetsk həftələrdir bombardman altındadır. Ötən həftə Rusiya şəhərin 80 faizini ələ keçirmişdi.
***
Hazırda Rusiya əsgərlərinin Donetsk vilayətindəki Slovyansk şəhərini hədəfə aldığı xəbər verilir. Slovyanskdan 20 kilometr şimalda yerləşən Svyatiqorsk şəhəri yaxınlığında hücum da bərpa olunub.
Britaniya kəşfiyyatının iyunun 6-da bildirdiyinə görə, Rusiya əsgərlərinin Slovyanska hücumunda məqsəd Ukrayna qüvvələrini mühasirəyə salmaqdır.
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 5-də cənub-şərqi Zaporijya regionunda əsgərlərə baş çəkib, onlara hərbi xidmət və verdikləri qurbana görə təşəkkür edib. Prezident həlak olan əsgərlərin xatirəsini anıb.
***
Britaniya bildirib ki, Vaşinqton kimi hərəkət edəcək, Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək. Baxmayaraq ki, Rusiya Prezidenti Vladimir Putin Kiyevi müasir silahlarla təmin etməməklə bağlı xəbərdarlıq edib.
Müdafiə naziri Ben Vallasın sözlərinə görə, “M270” yaylım atəşi sistemləri Ukraynanın Rusiyadan müdafiə olunmasına kömək edəcək. İlkin mərhələdə üç belə sistemin veriləcəyini bildirir.
ABŞ ötən həftə Ukraynaya 80 km-i vurmağa qadir “HİMARS” raket sistemi verəcəyini bildirib.
“M270” sistemləri bir dəqiqəyə 12 yer-yer tipli raket ata, 80 km daxilində yerləşən hədəfləri dəqiqliklə vura bilər. Ancaq “M270”in texniki göstəricilərində deyilir ki, atılan raketdən asılı olaraq 300 km-dək məsafəni vurmağa qadirdir.
***
Rusiya Prezidenti Vladimir Putin iyunun 5-də xəbərdarlıq edib ki, Vaşinqton Ukraynaya uzaqmənzilli raketlər verərsə, Moskva da yeni hədəflərə atəş aça bilər.
İyunun 5-də Ukrayna paytaxtı Kiyevdə partlayışlar baş verib.
Britaniya Müdafiə Nazirliyinin iyunun 6-da gündəlik bülletenində deyilir ki, Rusiyanın havadan atılan Kh-101 qanadlı raketləri Kiyevdə dəmiryolu infrastrukturuna dəyib, “görünür, məqsəd Qərbin göndərdiyi hərbi avadanlığın Ukraynada cəbhə xəttinə çatdırılmasını önləməkdir”.
Kiyevə sonuncu dəfə aprelin 28-də, BMT-nin Baş katibi Antonio Quterreşin səfəri zamanı hücum olunmuşdu.