Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
14:52 | 7 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 754 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, payızadək Ukraynada 75 milyon ton taxıl yığışıb qala bilər. “Reuters”in məlumatına görə, o qeyd edib ki, taxıl ixracının təhlükəsizliyini təmin etmək üçün Ukraynaya gəmi əleyhinə silahlar lazımdır.
Zelenski iyulun 6-da Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna hazırda Türkiyə və Böyük Britaniya ilə Qara dəniz vasitəsi ilə ixraca zəmanət verəcək 3-cü ölkə ideyasını müzakirə edir.
Amma o, qeyd edib ki, Qara dənizdə təhlükəsiz keçidinin ən yaxşı təminatçısı Ukrayna ordusu ola bilər.
Qeyd edək ki, Qərb rəsmiləri Rusiyanı enerji sektorunda olduğu kimi, ərzaq məhsullarından silah kimi istifadə etməkdə günahlandırırlar.
Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen hələ iyunun 2-də bildirmişdi ki, Avropanın Ukraynada 20 milyon ton buğdası var və biz hər vasitə ilə onun çıxarılmasına nail olmalıyıq.
BMT-nin baş katibi Antonio Quterreş də xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsi qlobal ərzaq böhranına səbəb ola bilər.
Qeyd edək ki, Ukrayna dünyanın əsas buğda təminatçılarından biridir, xüsusilə də ərzaq buğdası.
Müharibəyə-Rusiyanın Ukraynanın Qara dənizdəki əksər limanlarını nəzarətə götürməsinə görə, bu ölkədən ixrac əngəllənib. Bundan başqa bu mövsüm Rusiya işğalında olan ərazilərdə əkin aparmaq demək olar ki, mümkün olmayıb.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.