Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:12 | 10 iyun 2022 | Cümə
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukrayna tərəfinin iyunun 9-da verdiyi məlumata görə Ukrayna qüvvələri Donbasdakı Severodonetsk şəhərinin küçələrində gedən döyüşlərdə irəliləməyə çalışır, lakin Rusiyanın güclü atəşini dəf etmək və döyüşün gedişatını dəyişmək üçün onların daha çox artilleriyaya ehtiyacı var.
“Reuters” agentliyi Ukrayna Müdafiə Nazirliyinə istinadən yazır ki, Ukrayna qüvvələri Xerson vilayətində əks-hücuma keçərək yeni platsdarma çıxıb.
Rusiya Ukraynaya hücumunun ilk günlərində Xerson vilayətinin böyük bir hissəsini ələ keçirib.
Eyni zamanda ölkənin şərqindəki Severodonetsk şəhəri uğrunda döyüşlər müharibənin ən qanlı səhnəsinə çevrilib.
***
Müşahidəçilər bildirirlər ki, Rusiya özünün əsas müdaxilə qüvvəsini bu istiqamətdə cəmləşdirib və hər iki tərəf ağır itkilər verir.
Severodonetsk və Severski Donets çayının qarşı sahilindəki Lisiçansk Luqansk vilayətində Rusiyanın ələ keçirmək istədiyi son ərazilərdir.
Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksi Danilov iyunun 9-da Reuters agentliyinə deyib ki, Rusiya qoşunları bütün hərbi qüdrətlərini bu əraziyə yönəldib:
"Onların öz adamlarına heyfi gəlmir, elə bir ucdan qırğına yeni qurbanlar göndərirlər. Onlar bizim hərbçilərimizi gecə-gündüz top atəşinə tuturlar”.
***
Ukraynanın Svoboda Milli Qvardiya Batalyonunun komandanı Petro Kusıkın dediyinə görə, ukraynalılar rusları küçə döyüşlərinə çəkirlər ki, Rusiyanın artilleriya üstünlüyünü heçə endirsinlər: "Dünənki gün bizim üçün uğurlu olub. Biz əks-hücuma keçmişik və bir neçə yerdə onların qüvvələrini bir və ya iki məhəllə geri oturtmuşuq. Dünən (iyunun 8-də) işğalçılar ciddi itkilər veriblər. Əgər hər gün belə olsa, bu döyüş tezliklə başa çatacaq”.
Lakin komandan eyni zamanda vurğulayıb ki, onun qüvvələri Rusiya tərəfinin atəşlərinə cavab vermək üçün artilleriya vasitələrinin yoxluğundan “fəlakətli” zərər çəkirlər.
Onun sözlərinə görə əlavə artilleriya qüvvələri döyüş meydanındakı vəziyyəti kökündən dəyişə bilərdi:
"Lakin hətta bütün bunlar olmadan da biz yaxşı duruş gətiririk. Bizə mövqelərimizi saxlamaq əmri verilib və biz bu mövqeləri saxlayırıq. Bir bilsəydiniz bizim cərrahlarımız lazımi avadanlıq olmadan əsgərlərimizin həyatını xilas etmək üçün nələr edirlər”.
***
Severodonetsk meri Aleksandr Stryuk iyunun 9-da deyib ki, 10 min sakin hələ də şəhərdə ilişib qalıb. Bu, şəhərin müharibədən əvvəlki əhalisinin 10 faizidir.
Rusiya qüvvələri Severdonetskin qərbində şimaldan və cənubdan hücuma keçərək Ukrayna qüvvələrini mühasirəyə salmağa cəhdlər edirlər.
Baxmut yaxınlığındakı duz mədənləri şəhəri Soledarda evlər və binaların yerində mərmi kraterləri qalıb.
“Reuters” yazır ki, burada əsasən yaşlı sakinlər tünlük zirzəmiyə sığınıblar.
65 yaşlı Antonina fürsət tapıb bağçasına baş çəkir: “Biz qalırıq. Biz burada yaşayırıq. Biz burda doğulmuşuq...”
Qadın hönkürür: “Bütün bunlar nə vaxt qurtaracaq?”
***
Cənub istiqamətində Xerson və Zaporojye vilayətlərinin Rusiya qüvvələrinin nəzarətində olan hissələrində Moskvanın təyin etdiyi başçılar bölgənin Rusiyaya birləşdirilməsi üçün referenduma hazırlaşdıqlarını bildiriblər.
Ukrayna Müdafiə Nazirliyi iyunun 9-da bildirib ki, Ukrayna qoşunları bu ərazidə əks-hücuma keçərək Xerson şəhəri yaxınlığında bəzi yerləri geri alıb.
Məlumatda söhbətin məhz hansı ərazilərdən getdiyi bildirilmir, lakin deyilir ki, Rusiya qüvvələri canlı qüvvə və texnika itkisinə məruz qalıb.
Bu da qeyd olunur ki, geriyə çəkilərkən Rusiya qüvvələri əraziyə minalar basdırır və barrikadalar qaldırırlar.
Ukrayna tərəfi keçən həftə Xersonda əks-hücuma keçdiyini və vilayətin sərhədi olan İnqulets çayı üzərindəki körpünün bir tərəfini nəzarətə aldığını bildirmişdi.
“Reuters” yazır ki, Ukrayna tərəfinin bu iddialarını Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı da təqdiqləyib.