Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:52 | 10 iyun 2022 | Cümə
Məqaləyə 635 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Severodonetskdə şiddətli döyüşlər davam edir, Rusiyanın çoxlu sayda əsgər və texnikasını döyüşə atmasına baxmayaraq, Ukrayna qüvvələri hazırda şəhərin təxminən üçdə birinə nəzarət edir. Bu arada rəsmilər vəba epidemiyasının Rusiyanın nəzarətində olan liman şəhəri Mariupolda yayıldığını bildirir.
Ukrayna rəsmiləri hər gün yüzlərlə əsgərin öldüyü və ya yaralandığı şərq bölgəsində Rusiyanın böyük artilleriya üstünlüyünə qarşı çıxmaq üçün Qərbin qabaqcıl silahlarını tez bir zamanda əraziyə çatdırmağa çağırış edib.
Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov iyunun 9-da Severodonetskdə vəziyyətin “son dərəcə mürəkkəb olduğunu” və Rusiya qüvvələrinin bütün güclərini bölgəyə cəmlədiyini bildirib.
“Onlar öz adamlarını əsirgəmirlər, sadəcə olaraq top yemi kimi adamlar göndərirlər... onlar bizim ordumuzu gecə-gündüz atəşə tuturlar”, – Danilov “Reuters” agentliyinə müsahibəsində bildirib.
Severodonetsk hərbi administrasiyasının rəisi Aleksandr Stryuk iyunun 9-da deyib ki, “daim küçə döyüşləri gedir”.
“Şəhərdə humanitar vəziyyət kritikdir. Su təchizatı yoxdur”, – Stryuk Ukrayna televiziyasında deyib.
“Ukrayna Silahlı Qüvvələri hazırda şəhərin təxminən üçdə birinə nəzarət edir,” o, əlavə edib.
Prezident Vladimir Zelenski cənub-şərqdəki Zaporojye bölgəsindən bəzi “müsbət” xəbərlər verib və burada ukraynalıların bölgəni tamamilə ələ keçirmək məqsədi daşıyan Rusiyanın hücumunun qarşısını ala bildiklərini qeyd edib.
Zelenski həmçinin iyunun 9-da videomüraciətində Ukrayna qüvvələrinin Xarkov vilayətində “torpaqlarımızı azad etməklə” tədricən irəlilədiyini bildirib.
Lakin Zelenskinin baş köməkçisi Mixail Podolyak bildirib ki, Rusiyanın ağır artilleriya sahəsində qeyri-bərabər üstünlüyü səbəbindən Ukrayna cəbhə xəttində hər gün 100-200 əsgər itirir.
Podolyakın irəli sürdüyü rəqəm iyunun 9-da Ukraynanın gündə 100 əsgər itirdiyini və daha 500 əsgərin yaralandığını bildirən müdafiə naziri Aleksey Reznikovun əvvəlki təxminindən yüksək idi. Rəqəmlərdəki uyğunsuzluq döyüş sahəsi haqqında dəqiq məlumat əldə etməyin çətinliyini göstərir.
Podolyak BBC-yə deyib ki, Ukraynanın Donbasda Rusiya ilə rəqabəti bərabərləşdirmək üçün yüzlərlə Qərb artilleriya sisteminə ehtiyacı var.
Ukrayna rəsmiləri həmçinin Rusiyanın daha da çox əsgər itirdiyini, Luqansk vilayətinin qubernatoru Sergey Qayday rusların “milçək kimi öldüyünü” deyib.
Deyilənləri müstəqil olaraq yoxlamaq mümkün deyil.
Britaniyanın Müdafiə Nazirliyi iyunun 10-da gündəlik kəşfiyyat bülletenində bildirib ki, dağıdılmış Azov dənizinin liman şəhəri Mariupolda böyük vəba epidemiyası riski var.
Bülletendə deyilir ki, ötən aydan bəri Mariupolda təcrid olunmuş vəba halları qeydə alınıb. Britaniya kəşfiyyatı həmçinin Rusiyanın Ukraynada işğal etdiyi ərazilərin sakinlərinə minimum məişət xidmətləri göstərməkdə çətinlik çəkdiyini bildirir.