Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:43 | 13 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 756 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın şərqindəki rusiyapərəst separatçı lider bazar günü iki britaniyalı və bir mərakeşliyə Ukrayna ordusunda döyüşdüyünə görə verilən ölüm hökmlərini dəyişdirməyəcəyini bildirib.
Döyüşçüləri mühakimə edən separatçı Donetsk vilayətinin lideri Denis Puşilin jurnalistlərə açıqlamasında deyib: “Onlar pul müqabilində Ukraynaya dinc sakinləri öldürmək üçün gəliblər. Ona görə də cəzanın hər hansı yüngülləşdirilməsi və ya dəyişdirilməsi üçün heç bir şərt görmürəm”.
Puşilin deyib ki, məhkəmə üç döyüşçüyə “tam ədalətli cəza verib”.
O, həmçinin Böyük Britaniyanın baş naziri Boris Consonu onların taleyinə məhəl qoymamaqda və separatçı hakimiyyətlə əlaqə saxlamamaqda ittiham edib.
Puşilin Rusiya Müdafiə Nazirliyinin may ayında Rusiya və separatçı qüvvələr tərəfindən ələ keçirilən döyüşlərdən zərər çəkmiş Ukrayna şəhərinə təşkil etdiyi səfər çərçivəsində separatçı bölgənin paytaxtı Mariupolda AFP-nin iştirak etdiyi mətbuat konfransında danışıb.
Cümə günü Consonun sözçüsü britaniyalı Aiden Aslin, Şaun Pinner və mərakeşli Brahim Saaduna verilən ölüm hökmlərindən “dəhşətə düşdüyünü” söyləyib.
“Aydındır ki, onlar Donetskdəki separatçı hakimiyyətin ittiham etdiyi kimi muzdlu deyil, Ukrayna silahlı qüvvələrinin üzvləridir və buna görə də hərbi əsirdirlər”, – sözçü deyib.
Aslin və Pinnerin ailələrinin dediyinə görə, hər ikisi 2018-ci ildən bəri Ukraynada yaşayır.
Cümə günü Birləşmiş Millətlər Təşkilatı rusiyapərəst üsyançılar tərəfindən məhbuslara qarşı çıxarılan edam hökmlərindən narahat olduğunu bildirib.