Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:10 | 13 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 650 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna prezidenti administrasiyası başçısının köməkçisi Mihaylo Podolyak iyunun 13-də Twitter-də yazdığı postda Ukrayna ordusunun Rusiya ordusu ilə paritet yaradıb ona üstün gəlməsi üçün lazım olan hərbi texnikanın kəmiyyəti barədə dəqiq məlumat verib.
O bildirir ki, bunun üçün Ukraynaya bir neçə min ədəd ağır texnika, o cümlədən 155 mm çaplı 1000 ədəd haubitsa topu, 300 ədəd MLRS (yaylım atəşli raket zenit sistemi), 500 tank, 2000 ədəd PDM (piyadaların döyüş maşını) və 1000 ədəd dron lazımdır.
Podolyakın fikrincə Ukraynaya bu kəmiyyətdə silahların verilməsi onun müharibədə qələbəsini təmin edə bilər.
O bildirib ki, bu məsələnin müdafiə nazirlərindən ibarət Kontakt Qrupunun iyunun 15-də Brüsseldə keçiriləcək iclasında müsbət həll olunacağına ümid edir.
Qərb Ukraynaya silahların verilməsinə hələ Rusiyanın bu ölkəyə müdaxiləsindən əvvəl başlayıb.
Bundan sonra göndərilən texnikanın sayı kəskin artırılıb.
***
Prezident Co Bayden mayın 9-da “Ukraynada demokratiyanın müdafiəsi üçün lend-liz qanununu” imzalayıb.
Ukraynaya indiyədək 100 ədəd Switchblade-300, 10 ədəd Switchblade-600 kamikadze dronları, bir neçə ədəd Mi-17 və 108 ədəd M777 artilleriya topları verilib.
Daha dörd ədəd HİMARS yaylım atəşli raket zenit sisteminin verilməsi iyun ayına planlaşdırılıb.
İyunun 6-da Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, London da Ukraynaya MLRS sistemləri verəcək.
Polşa, Çexiya və Bolqarıstan Ukraynaya müxtəlif komplektasiyalı 200 ədəd T-72M tankları veriblər.
Almaniya Ukraynaya İRİS-T müasir hava hücumundan müdafiə sistemləri verəcəyini bildirib.
Bunlar Ukraynaya 2022-ci ilin sonlarına qədər çatdırılmalıdır.
Kiyev silah göndərilməsinin tezləşdirilməsini və çeşidinin daha çox Qərb silahları hesabına genişləndirilməsini istəyir.
***
Növbəti aylar ərzində çay keçmə əməliyyatları “müharibənin gedişatını müəyyənləşdirən əsas faktorlardan olacaq”. Bunu isə Britaniyanın Müdafiə Nazirliyi iyunun 13-də yaydığı kəşfiyyat bülletenində qeyd edib.
Britaniyanın kəşfiyyatının mövqeyincə, Rusiya indiyədək “atəş altında uğurlu və irimiqyaslı çay keçmə əməliyyatları üçün vacib koordinasiya” nümayiş etdirməyə çalışıb.
Vəziyyətin getdikcə çətinləşməsinə baxmayaraq, Prezident Zelenski mübariz ruhunu saxlayıb. Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiyanın Ukraynanın şərqini sürətlə ələ keçirməsini önləyib.
“Yadınızdadırmı, mayın əvvəlində Rusiyada ümid edirdilər ki, Ukraynanın şərqi Donbas regionunun tamamilə ələ keçirəcəklər. Artıq müharibənin 108-ci günüdür, artıq iyundur. Donbas hələ də dayanıb”, – Zelenski deyib.
Severodonetsk də Mariupol liman şəhəri kimi xarabalığa çevrilib. Mariupol uzun çəkən qanlı döyüşlərlə ötən ay tutulub.
***
Bu arada Zelenskinin müşaviri ABŞ Prezidenti Co Baydenin bəyanatını rədd edib. Bayden deyib ki, fevralın 24-də işğal başlayanadək Zelenski ABŞ kəşfiyyatının gözlənən Rusiya hücumu haqda xəbərdarlığını gözardı edirdi.
Mixaylo Podolyak “Twitter” postunda Qərb ölkələrini Ukraynanı daha öncə ağır silahlarla təmin etmədiyinə görə tənqid edib.
“Digər ölkələr Moskvanın planlarını bilə-bilə neylədilər – sual budur. Əgər yanvarda bizə ağır silahlar verməyə başlasaydılar, indi vəziyyət fərqli ola bilərdi”, – o yazıb.
Zelenski isə dünənki müraciətində Qərb ölkələrini silah çatdırılmasını sürətləndirməyə səsləyib.