
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
... Bölgədə böyük fəlakətə yol açacaq
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Hər kəsdə narahatlıq doğuran və ehtiyatlı olmağa vadar edən odur ki, 1979-cu il inqilabından sonra İran adlanan yerdə icra edilməyə başlanan “Xomeyni Doktrinası” (“Vilayəti-fəqih” nəzəriyyəsi) milli maraqları və onlara riayət etməyi inkar etməklə, bütün müsəlman ölkələrində “islam hökuməti”nin hakimiyyətə gəlməsini başlıca strateji hədəf seçib.
Belə də yazılıb: “...Birinci addım müsəlman dünyasında hakimiyyətdə olan rejimlərin hamısının devrilməsi və “islam hökuməti”nin hakimiyyətə gəlişi olacaq. Ənənəvi milli loyallıqlar kökündən qoparılmalıdır, çünki “bizim hər birimizin borcu taqutların, başqa sözlə – hazırda islam dünyasında hökmranlıq edən qeyri-qanuni siyasi qüvvələrin devrilməsindən ibarətdir”.
Xomeyni özü həyatda olmasa da, onun “Doktrinası” bu gün də İran isteblişmentinin bölgənin müsəlman Respublikaları üçün, əsasən islamın şiə qolunun Əfqanıstan sərhədlərindən başlayıb Xəzər dənizi hövzəsi ölkələrini də əhatə etməklə Aralıq dənizinə qədər uzanan ərazilərə yayılmasını hədəfləyən, dini-ideoloji və teokratik prinsiplərdən qidalanan hibrid təsir mexanizmləri vasitəsilə həyata keçirməyə və nail olmağa çalışdığı geosiyasi plandır.
Azərbaycanda, ola bilsin, çoxlarının bu dini-ideoloji pərdəyə bürünmüş sözügedən geosiyasi eksponsionist “Doktrina”dan xəbəri yoxdur deyə, hələ də dini-ideoloji zəmində inqilab düzüb-qoşmaq istəyən qüvvələrin niyyətinin nə dərəcədə diri və məkrli olmasını anlaya bilmir. Hər bir halda, Azərbaycanı idarə edən indiki hökumət və xüsusilə cəmiyyətin milli-demokratik kəsimi sayıqlığı əldən verməməlidir. Unutmamalıyıq ki, Azərbaycanın bu günə qədər nail ola bildiyi ən böyük uğuru məhz dünyəviliyi və tolerant bir respublika olmasıdır!