Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
19:23 | 14 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 823 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna rəsmiləri çərşənbə axşamı deyib ki, Rusiya qüvvələri Severodonetskə aparan son körpünü dağıdıblar və bununla da şəhərdə ilişib qalan mülki vətəndaşların evakuasiya marşrutunu dağıdıblar.
Ukrayna ordusu münaqişə ilə bağlı son məlumatında bildirib ki, Rusiya qüvvələri “şəhərin mərkəzi hissəsində möhkəmlənməyə çalışırlar”.
Severodonetskin meri Aleksandr Stryuk deyib ki, Rusiyanın şəhərə hücum cəhdinə baxmayaraq, Ukrayna ordusu “möhkəm dayanır”.
Ukrayna rəsmisi deyib ki, Rusiya qoşunları şərqdə yerləşən Severodonetsk şəhərinin mərkəzinə doğru irəliləyiblər və yüzlərlə əsgər və mülki vətəndaşın gizləndiyi kimya zavoduna zərbə enidrməyə davam edirlər.
Bölgə qubernatoru Sergey Qayday bazar ertəsi “Telegram”da deyib ki, Rusiya qüvvələri Severodonetskin təxminən 70 faizinə nəzarət edir və şəhərin Azot kimya zavoduna “ağır zərbələr endirilir”.
O deyib ki, şəhərin zavodda təxminən 500 mülki vətəndaş var və Ukrayna ordusu onları təhlükəsiz şəkildə çıxarmağa çalışır.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Donbas bölgəsi uğrunda döyüş “Avropanın ən şiddətli döyüşlərindən biri olaraq tarixə keçəcək.”
“Bizim üçün bu döyüşün bədəli ağırdır. Bu sadəcə olaraq qorxuludur”, – Zelenski bazar ertəsi deyib.
O, tərəfdaş ölkələri yenidən Ukraynaya Rusiya qüvvələrinə qarşı istifadə etmək üçün müasir artilleriya göndərməyə çağırıb.
Zelenskinin müşaviri Mixail Podolyak bazar ertəsi deyib ki, Ukrayna ABŞ-ın başçılıq etdiyi Əlaqə Qrupunun iştirakçıları çərşənbə axşamı Brüsseldə NATO-nun baş qərargahında görüşdüyü bir vaxt əlavə hərbi yardımla bağlı qərarı gözləyir.
Podolyak “Twitter”də yazıb ki, “müharibəyə son qoymaq üçün bizim ağır silah bərabərliyinə ehtiyacımız var”. O, bir neçə silah kateqoriyasını sadalayıb, o cümlədən 1000 haubitsa, 300 yayılım raket sistemi, 500 tank, 2000 zirehli maşın və 1000 drona ehtiyacın olduğunu bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-da keçirilən görüşdə iştirak edir. Ötən həftə qrupun virtual iclasında 47 ölkənin, NATO-nun və Aİ-nin nümayəndələri iştirak etmişdi.
Ostin may danışıqlarından sonra demişdi ki, qrup “səylərini intensivləşdirir” və Ukrayna ilə koordinasiyanı dərinləşdirir ki, “Ukrayna döyüş meydanında əməliyyatlarını davam etdirə və gücləndirə bilsin”.
Britaniyanın müdafiə naziri bazar ertəsi bildirib ki, son günlərdə Severodonetsk ətrafında döyüş “şiddətli şəkildə davam edib”.
Nazirlik Rusiyanın çaydan keçmə əməliyyatlarını həyata keçirmə qabiliyyətinin qarşıdakı aylarda müharibədəki ən mühüm amillərdən biri olacağını bildirib.
“Rusiya Donbas hücumunun hazırkı əməliyyat mərhələsində uğur əldə etmək üçün ya iddialı cinah hərəkətlərini tamamlamalı ya da çayı keçərək hücum həyata keçirməli olacaq,” nazirlik bildirib.
Rusiya Severodonetskin yerləşdiyi Luqansk bölgəsinin 97 faizinə nəzarət etdiyini deyir. Ancaq müharibədən öncə 100 min sakini olan sənaye şəhəri Severodonetski ələ keçirmək Moskvanın Donbas bölgəsinə nəzarət etmək məqsədinə çatması üçün çox mühümdür.