Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:42 | 14 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 606 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın xarici agentlər haqqında qanununun xarici agent kimi tanınan qrupların və şəxslərin hüquqlarını pozduğuna dair qərar çıxarıb. Məhkəmə Rusiyadan təzminat ödəməyə tələb edir.
Rusiya hakimiyyəti xarici agentlər haqqında mübahisəli qanundan istifadə edərək, QHT-lərə, media qurumlarına və şəxslərə qarşı təzyiqlər göstərməklə prezident Vladimir Putinə qarşı müxalifətə basqılar edib.
AİHM-in iyunun 14-də Rusiyadan olan 73 qrup və bəzi hallarda qrup direktorlarının qaldırdığı işlə bağlı yekdilliklə çıxardığı qərarda göstərilir ki, qanun onları sərbəst toplaşmaq və birləşmək azadlığından məhrum etməklə Avropa İnsan Hüquqları Konvensiyasını pozur.
Rusiyanın xarici agentlər haqqında qanunu 2012-ci ildə qəbul edilib və o vaxtdan bəri qeyri-kommersiya təşkilatları, media orqanları, jurnalistlər və fəalları əhatə edəcək şəkildə dəfələrlə dəyişdirilib.
Qanundan xarici maliyyə dəstəyindən istifadə edərək siyasi fəaliyyətlə məşğul olduğu düşünülən təşkilatları və şəxsləri hədəf almaq üçün istifadə edilib.
Qanun qruplardan öz nəşrlərinə məsuliyyətdən imtina ilə bağlı uzun bir şərh əlavə etməyi, gəlir və xərcləri barədə hesabat vermək üçün bahalı və ağır prosesə tabe olmalarını tələb edir.
73 iddiaçı arasında vətəndaş cəmiyyəti problemləri, insan hüquqları, ətraf mühitin mühafizəsi, mədəni irs, təhsil və miqrasiya ilə məşğul olan qruplar var.
2013-2018-ci illər arasında məhkəməyə təqdim edilən şikayətlərdə xarici agent hesab edildikdən sonra onların məruz qaldıqları audit və bürokratik tələblər, kütləvi toplaşmalar və digər fəaliyyətlərə məhdudiyyətlər, külli miqdarda cərimələrin tətbiq edildiyi göstərilib.
Şikayətçilər Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi ifadə azadlığı, toplaşmaq və birləşmək azadlıqlarının pozulduğunu, həmçinin siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edib.
AİHM hakimləri “ərizəçi təşkilatların hüquqlarına müdaxilənin nə qanunda nəzərdə tutulduğunu, nə də buna “demokratik cəmiyyətdə zərurət” olmadığını” bildirərək, iddiaları təmin edib.
Məhkəmə müəyyən edib ki, təşkilatların “siyasi fəaliyyət”lə məşğul olan və “xarici maliyyə” alan kimi təsnifatı bu terminlərdən həddən artıq geniş və gözlənilməz şəkildə şərhinə əsaslanır.
Qərarda göstərilir ki, qrupların xarici agentlər kimi təyin edilməsi üçün siyasi fəaliyyətdən meyar kimi istifadə edilməsi “uyğun olmayan nəticələrə gətirib çıxarıb və xüsusilə də insan haqları və ya ətraf mühitin mühafizəsi və ya xeyriyyə işi ilə bağlı fəaliyyətlərlə məşğul olmaq istəyən QHT-lər arasında qeyri-müəyyənlik yaradıb”.
Məhkəmə həmçinin Rusiyadan ərizəçilərə ümumilikdə 1,02 milyon avro (1,1 milyon dollar) təzminat, habelə xərclər və dəymiş ziyan üçün 119,000 avro ödəməyi tələb edib.
Kremlin mətbuat katibi Dimitri Peskov şərh etməkdən imtina edib, belə ki, Rusiya parlamenti keçən həftə AİHM-in Rusiyada yurisdiksiyasını dayandırmaqla bağlı qərar qəbul edib.
Sənəddə göstərilir ki, Rusiya martın 15-də Moskvanın çıxarılmaq üçün təzyiqlərin artmasının ardınca Avropa Şurasından çıxdığını elan etdiyi gündən etibarən AİHM-nın verdiyi qərarlara əməl etməyəcək.
“Rusiya artıq bu qərarları yerinə yetirmir”, – deyə Peskov jurnalistlərə deyib.