
Tarixin ən dəhşətli körpə qətliamı
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Rusiyalı oliqarx Abramoviç futboldan getdi
Böyük Britaniyada Şotlandiyanın birinci naziri Nikola Störcen iyunun 14-də muxtar vilayətin paytaxtı Edinburq şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasına dair daha bir referendumun keçirilməsinə hazırlıq işlərinə başlanıb.
Şotlandiya hökumətinin rəsmi saytında dərc olunmuş sənəd “Müasir dünyada müstəqillik. Daha sağlam, daha xoşbəxt, daha ədalətli. Niyə də Şotlandiya olmasın?” adlanır.
Bu sənəddə Şotlandiyada yeni dövlət quruculuğunun müddəaları açıqlanır.
Bu sənədə önsözdə xanım Störcen yazır ki, hazırda “Breksitdən və Boris Consondan sonra yeni Şotlandiyanın” qurulması üçün ən yaxşı məqamdır.
Şotlandiyanın birinci naziri əmindir ki, Londonun hakimiyyəti altında Şotlandiya yalnız geri qalır.
O bildirib ki, Şotlandiyanın seçkili birinci siması kimi ikinci referendumun keçirilməsinə “aydın və aşkar” mandata malikdir.
Xanım Störcen deyib ki, əgər Birləşmiş Krallıq hökumətinin “demokratiyaya hər hansı hörməti” varsa, Şotlandiyaya referendumun keçirilməsi üçün icazə verilməlidir.
O deyib ki, Boris Consona bu referendumun şərtlərini istənilən vaxt müzakirə etməyə hazır olduğunu bildirib.
***
Belə bir referendumun keçirilməsinə Britaniya hökuməti icazə verməlidir.
Nikola Störcen işarə edib ki, London belə bir icazəni verməkdən imtina etsə, onda başqa hüquqi zəmin hazırlanacaq.
Baş nazir Boris Conson deyib ki, indi referendum barədə danışmaq üçün heç də ən münasib vaxt deyil.
O bundan əvvəl Şotlandiyada daha bir müstəqillik referendumunun keçirlməsinə yol verilməyəcəyini demişdi və bildirmişdi ki, bu barədə son referendum 2014-cü ildə keçirilib.
O vaxt şotlandların 55 faizi Britaniyanın tərkibində qalmağa səs vermişdi. Amma həmin referendum keçirilərkən hələ Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə qərar qəbul edilməmişdi.
Şotlandiya millətçiləri hesab edirlər ki, 2014-cü il referendumu Breksitdən sonra keçirilsəydi nəticə köklü şəkildə fərqli ola bilərdi.
Breksit referendumunda Şotlandiya əhalisinin böyük hissəsi Aİ tərkibində qalmağa səs vermişdi.
Son ictimai rəy sorğuları göstərir ki, indi Şotlandiyada müstəqillik tərəfdarları və əleyhdarlarının faizi təxminən eynidir, amma referendumun keçirilməsini rəyi soruşulan hər üç nəfərindən yalnız biri istəyir.