Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:15 | 15 iyun 2022 | Çərşənbə
Məqaləyə 887 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə günü NATO-ya üzv ölkələr və dünyanın digər hissələrindən onlarla həmkarı ilə görüşə başçılıq edir. Onlar Rusiyanın dörd aydır davam edən hərbi müdaxiləsi fonunda Ukraynaya hərbi yardımı artırmaq səylərini müzakirə edirlər.
Danışıqlar NATO müdafiə nazirlərinin Brüsseldə görüşü çərçivəsində aparılır.
NATO-nun baş katibi Yens Stoltenberq müxbirlərə bildirib ki, NATO-nun müdafiə nazirləri çərşənbə günü Ukraynanın müdafiə naziri Oleksii Reznikovla görüşərək, “Ukraynanın təcili olaraq nəyə ehtiyacı” olduğu haqqında məlumat alacaqlar.
Ukrayna rəsmilərinin kifayət qədər hərbi yardımın olmadığına və kifayət qədər sürətli şəkildə göndərilmədiyinə dair şərhlərindən sonra Stoltenberq deyib ki, bu cür səylər vaxt alır, amma NATO liderləri onların təcililiyini dərk edirlər və maneələri aşmaq üçün Ukrayna ilə işləyirlər.
Stoltenberq həmçinin deyib ki, o, NATO müttəfiqlərinin çərşənbə günü Ukraynaya dəstəklə bağlı yeni açıqlamalar verəcəyini gözləyir.
“Sual odur ki, ukraynalılara Rusiyanın bu hədəfini yavaşlatmaq və qarşısını almaqda əldə etdikləri uğuru davam etdirmək üçün nə lazımdır? Bu da müdafiə nazirlərinin diqqət mərkəzində olacaq” , ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi çərşənbə günü görüşdən öncə bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı müxbirlərə deyib ki, Ukraynanın daha çox ağır silahları olmalıdır. O bildirib ki, Ukrayna qüvvələri “Rusiyanın qəddar işğalına müqavimət göstərmək üçün tamamilə bundan asılıdır”.
Danışıqlar Rusiya qüvvələrinın şərqə yerləşən sənaye şəhəri Severodonetskin tam nəzarətini ələ keçirmək üçün hücum etdiyi bir vaxta təsadüf edir. Severodonetsk Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi olan Donbas bölgəsində yerləşir.
“Donbasda qalmaq mühümdür”, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı video-mesajında deyib.
Luqansk bölgəsinin qubernatoru Sergey Qayday çərşənbə axşamı deyib ki, Rusiya hazırda Severodonetskin 80 faizinə nəzarət edir və şəhərə aparan hər bir körpünü dağıdıb.
Qayday etiraf edib ki, Rusiyanın körpüləri dağıtması ilə mülki vətəndaşların Severodonetskdən kütləvi evakuasiyası Moskvanın şəhərə amansız atəşi və döyüşlər səbəbilə “sadəcə olaraq mümkün deyil”.