Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:36 | 18 iyun 2022 | Şənbə
Məqaləyə 715 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Prezidenti Vladimir Zelenski nadir atdığı bir addım olaraq Kiyevi tərk edərək müharibənin dağıtdığı Mikolaiv şəhərini ziyarət edib.
Bu, Rusiya Ukraynaya dörd ay əvvəl hərbi müdaxiləyə başlayandan bəri Ukrayna Prezidentinin cənubda yerləşən şəhərə ilk səfəridir. Prezidentin ofisi şənbə günü Zelenskinin böyük xəsarət alan çoxmərtəbəli yaşayış binasını ziyarət etdiyini və yerli rəsmilərlə görüş keçirdiyini göstərən video paylaşıb. O həmçinin cənubdakı cəbhə xəttində əsgərləri ziyarət edib. Prezidentin ofisi səfərin nə zaman baş tutduğunu bildirməyib.
Rusiya qoşunları mart ayının əvvəlində bölgə paytaxtına yaxınlaşdıqdan sonra Mikolaivdən çıxarılıblar.
Bu arada isə Ukrayna rəsmisi deyib ki, Rusiyanın həftələrdir nəzarətini ələ keçirməyə çalışdığı şərqdə yerləşən Severodonetsk şəhərinin yaxınlığındakı kəndlərdə “şiddətli döyüşlər” gedir.
“İndi ən şiddətli döyüşlər Severodonetskdə aparılır. Onlar şəhərə tamamilə nəzarət etmir”, şərqdə Luqansk bölgəsinin qubernatoru Sergey Qayday “Telegram”da bildirib. “Yaxınlıqdakı kəndlərdə - Toşkivskada, Zolotedə çox çətin döyüşlər gedir.
Onlar irəliləməyə çalışırlar… amma müvəffəq olmurlar… Bizim müdafiəçilərimiz bütün istiqamətlərdə ruslara qarşı döyüşürlər. Onlar bu yaxınlarda bir təyyarəni vurub, əsir götürüblər”.
Qubernator həmçinin deyib ki, Rusiya qoşunları Severodonetskin yaxınlığında hələ də ukraynalıların nəzarətində olan Lisiçanska ağır zərbələr endirirlər.