Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
22:25 | 19 iyun 2022 | Bazar
Məqaləyə 854 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
NATO rəhbəri xəbərdarlıq edib ki, Qərb illərlə davam edə bilən müharibədə Ukraynaya dəstək verməyə hazır olmalıdır. Baş katib Yens Stoltenberq müharibənin baha başa gəldiyini deyib, lakin qeyd edib ki, Moskvaya hərbi məqsədlərinə çatmağa imkan verməyin qiyməti daha bahadır.
NATO Baş katibi bu fikri Britaniyanın Baş naziri Boris Conson Ukrayna müharibəsinin uzun çəkəcəyini və buna hazırlaşmağın vacibliyini bildirəndən sonra deyib.
Həm Stoltenberg, həm də Conson daha çox silah göndərilməsinin Ukraynanın qalib gəlmək ehtimalını artırdığını bildiriblər.
“Bunun illərlə çəkə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynanı dəstəkləməkdə ara verməməliyik”, – NATO başçısı Almaniyanın Bild qəzetinə müsahibəsində deyib. -
Hətta xərclər təkcə hərbi dəstəyə görə deyil, həm də enerji və ərzağın bahalaşmasına görə yüksək olsa da belə”.
NATO rəhbəri deyib ki, Ukraynanı daha müasir silahlarla təmin etmək onun şərqi Donbas bölgəsini Rusiya nəzarətindən azad etmək şansını artıracaq.
Son bir neçə ay ərzində Rusiya və Ukrayna qoşunları ölkənin şərqindəki ərazilərə nəzarət etmək uğrunda döyüşlər aparıb.
Son bir neçə həftə ərazində Moskva həmin bölgədə bir qədər irəliləyib.
“Sunday Times” qəzetindəki məqaləsində Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putini Ukraynanı “qəddar üsullarla əzmək” və bu ölkəyə qarşı “tükəndirmə kampaniyası” aparmaqda ittiham edib.
"Uzun bir müharibəyə hazır olmalıyıq”, – Conson yazıb. – “Zaman mühüm amildir. Hər şey Ukraynanın öz torpaqlarını Rusiyanın öz hücum imkanlarını bərpa edəcəyi vaxtdan daha tez müdafiə edə bilməsindən asılı olacaq".
Cümə günü Kiyevə baş çəkən Conson deyib ki, Ukraynaya silah, avadanlıq, sursat və təlim dəstəyi Moskvanın özünü yenidən silahlandırmaq səylərini qabaqlamalıdır.
Ukrayna rəsmiləri son günlərdə bildiriblər ki, ölkəyə ağır hərbi silahların təchizatı gücləndirilməlidir.
Çərşənbə günü müdafiə naziri Aleksey Reznikov Brüsseldə Ukraynanın müdafiəsi ilə bağlı təmas qrupunun 50-yə yaxın üzv ölkəsi ilə görüşərək Ukrayna üçün əlavə silah və sursat xahiş edib.
Ukrayna bildirib ki, Qərb müttəfiqlərinin vəd etdikləri silahların hələlik yalnız kiçik bir hissəsi ölkəyə çatdırılıb.