
İslam bu deyil
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
76 nəfər öldü
Türkiyə zəlzələ dağıntı riskini azaltmaq üçün nə edir?
Pakistanın iki əyalətində silsilə terror hücumları
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
Zəlzələ sonrası iqtisadi təlatüm: fəlakətlərin izi rəqəmlərdə
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Dörd hökumət və polis məmuru həlak olub
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
Pentaqon ABŞ-ın Əfqanıstandan çıxan zamanı baş verənləri hadisələri araşdırmağa başlayır
Talibandan qorxduğu üçün adı gizli saxlanılan qadın Əfqanıstana deportasiya edilə bilər
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
Əfqanıstanda baş verən güclü zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir. Taliban rəsmiləri çərşənbə günü ölkənin cənub-şərqində baş verən zəlzələdə 900-dən çox insanın öldüyünü və ən azı 600 nəfərin yaralandığını bildirib.
Talibanın təbii fəlakətlərin idarə edilməsi üzrə nazirinin müavini Mövlavi Şərafuddin Müslim ilkin məlumatlara istinadən paytaxt Kabildə keçirdiyi mətbuat konfransında itkilərin sayını açıqlayıb. Onun sözlərinə görə, dağıntıların əksəriyyəti Pakistanla həmsərhəd Paktika və Xost əyalətlərində baş verib.
ABŞ Geoloji Xidməti (USGS) 6,1 bal gücündə zəlzələnin çərşənbə günü səhər saatlarında Xost əyalətinin mərkəzindən təxminən 44 kilometr aralıda baş verdiyini bildirib.
Sosial şəbəkələrdə paylaşılan videolarda çökmüş evlər və dağıntılar əks olunub. Zəlzələ paytaxt Kabildə də hiss olunub.
Taliban rəsmiləri insanların hələ də dağıntılar altında olduğunu və helikopterlərin dəstəyi ilə xilasetmə işlərinin davam etdiyini bildirib. Onlar, həmçinin Əfqanıstanda fəaliyyət göstərən bütün yardım təşkilatlarını xilasetmə əməliyyatlarına kömək etməyə çağırıblar.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə humanitar koordinatoru Ramiz Ələkbərov Tvitter hesabında yazıb ki, onun missiyası "dünən gecə yüzlərlə insanın həyatına son qoyan zəlzələdən sonra ehtiyacları qiymətləndirmək və onlara cavab verməkdir".
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Əfqanıstan, Pakistan və Hindistanın 500 kilometrdən çox hissəsində hiss olunub. Pakistanın paytaxtı İslamabad və şimal-qərbdə yerləşən Pişəvər şəhərinin sakinləri də yeraltı təkanları hiss ediblər, lakin tələfat barədə məlumat yoxdur. İslamabad zəlzələnin vurduğu dağıntılarla bağlı Əfqanıstana başsağlığı verib.
"Səlahiyyətlilər və təsisatlarımız öz müvafiq qurumları ilə koordinasiya əsasında Əfqanıstana lazımi yardımı çatdırmaq üçün çalışır"- deyə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.