Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:47 | 24 iyun 2022 | Cümə
Məqaləyə 855 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya qüvvələri Ukraynanın şərqi Luqansk vilayətində son müqavimət istehkamını tutmaq üzrədir, Severodonetsk və Lisiçansk şəhərlərində ağır döyüşlər gedir. Təhlilçilər Rusiyanın müharibədə irəliləməsinin ağır itkilərə başa gəldiyini deyir, Britaniya kəşfiyyatı isə bir neçə aya Moskvanın tempinin yavaşıyacağını proqnozlaşdırır.
Bu arada Kiyev Qərbdən daha çox silah, həm də sürətlə çatdırılma istəyir. Donbasda döyüşlərin intensivləşməsi Ukrayna qüvvələrinin böyük itkilər verməsinə səbəb olub, sursat ehtiyatları azalıb.
***
Ancaq müharibə tezliklə bitənə oxşamır. NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 20-də deyirdi ki, müharibə illərlə çəkə bilər. Rusiya Prezidenti Vladimir Putin isə Moskvanın Ukraynanın şərqi Donbas regionunu tutmaq planından əl çəkməyəcəyini bildirib.
Corctaun Universitetinin Təhlükəsizlik və Yeni yaranan Texnologiya Mərkəzinin əməkdaşı Marqarita Konayev jurnalist Reyd Stendişə müsahibəsində deyir ki, hazırda bu müharibənin ortasında, ortasının başlanğıcında olmağımızı, yaxud ortasının sonuna yaxınlaşdığımızı dəyərləndirmək çox çətindir. O, müharibənin bitməsinin siyasi qərar olacağını söyləyir. “Aydındır ki, hərbi faktorlar da mühüm rol oynayacaq, ancaq günün sonunda bu, siyasi öhdəlik, bu və ya başqa yolla siyasi kompromis olacaq ki, bu da Putin və Ukraynadan asılıdır”, – o, sözlərinə əlavə edir.
Donbasda gedən döyüşlərə gəlincə, ekspert gündəlik əməliyyatların Luqanska cəmləşdiyini, buna görə də Rusiyanın irəliləyiş əldə etdiyini vurğulayır: “Görünür, Rusiya bəzi logistik elementləri təkmilləşdirib və rəhbərliyinə dəyişikliklər edib, ancaq komandanlıq və nəzarətə ciddi dəyişiklik etdiyi görünmür”.
***
Konayev döyüşlərin bütün yayı davam edəcəyini, çünki havanın buna imkan verdiyini söyləyir.
“Payızın sonuna və yəqin ki, qışa doğru səngimə ola bilər. Azından indilik, Qərb Ukraynanı təchiz etmək öhdəliyi götürüb. Ağır silahlar yoldadır, yaxud çatır və Ukrayna heç də döyüşü dayandırmağa meylli görünmür. Rusiya da irəliməkdədir, artilleriya və sursat üstünlüyü var. Bütün bunları nəzərə alaraq, müharibənin tezliklə dayanacağını gözləmirəm”, – deyən təhlilçi Rusiyanın bu gün ələ keçirdiyi ərazini gələn həftə itirə biləcəyini, bu savaşın sürətinə müharibənin əvvəlindən xeyli fərqləndiyini vurğulayır.
“Onun gedişatına beynəlxalq diqqət məsələsi də təsir göstərəcək. Artıq neftin, qazın bahalanması, inflyasiya diqqəti daxili problemlərə yönəldir. Bütün bu dəyişikliklər müharibənin trayektoriyasına təsir göstərəcək. Bu həm iki ölkə arasında gedən, həm də beynəlxalq müharibədir”, - Konayev deyir.
***
Bəs, Ukrayna əks hücumlara keçdiyi Xersonda ərazilərini geri ala bilərmi? Konayev deyir ki, Rusiya amfibiya əməliyyatlar apara bilmir, Qara dəniz vasitəsilə qüvvələrini yenidən təchiz edə və yerləşdirə bilmir, çünki Ukrayna Qərbdən aldığı silahlardan çox yaxşı yararlanır.
“Ancaq ukraynalıların Xersonu yenidən ələ keçirə biləcəyini deməyə tərəddüd edirəm. Digər tərəfdən, Rusiya cənubda hər hansı əraziyə tam da nəzarət eləmir. Rusiyanın necə irəliləməsi məsələsi də var, yaşayış məskənlərini, şəhərləri elə dağıdırlar ki, əhalisiz qalır. Xersonda belə olmasa da, Mariupolda, Severodonetksə bunu görmüşük.
Ona görə də Ukrayna qüvvələri Xersonu geri almağa çalışsalar, döyüş güclənə bilər, çünki bir şəhərə istənilən hücum əməliyyatı aşırı zorakı olur, böyük itkiyə başa gəlir. Ukrayna tərəfin Rusiyanın əlində saxlamaq istədiyi şəhəri geri almağa çalışması ciddi məsələ olar”, – Konayev deyir.