Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:26 | 24 iyun 2022 | Cümə
Məqaləyə 724 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna qüvvələri əsasən Rusiyanın nəzarətində olan Severodonetsk şəhərindən çıxacaqlar. Bunu iyunun 24-də Luqansk vilayətinin qubernatoru Sergey Qayday deyib. “Sadəcə orada olmaq naminə aylardır darmadağın edilmiş mövqelərdə qalmaq mənasızdır”, – Qayday vurğulayıb.
Rusiya son bir neçə həftədə Severodonetskdə ləng də olsa irəliləyib, ağır artilleriya şəhəri xarabalığa çevirib. Müharibədən öncə burada 100 min nəfər yaşayırdı.
***
Qayday “Telegram”da onu da yazıb ki, Rusiya qüvvələri Lisiçanska gedən əsas yol yaxınlığındakı Mikolaivka kəndini tutublar. Lisiçansk Luqanskda Ukraynanın tam nəzarətində olan sonuncu şəhərdir.
Ancaq Ukrayna əsgərləri Lisiçanskın cənub hissəsində Rusiyanın hücumunu dəf edə biliblər.
Luqanska nəzarət uğrunda həftələrdir çəkən döyüşlər hər iki tərəfə canlı qüvvə və avadanlıq itkisinə başa gəlib. Bu arada Kiyev Qərbdən daha çox ağır silah istəyir, Rusiya isə cəbhə xəttinə təcrübəli heyətin cəlbində çətinliklərlə üzləşir.
İyunun 23-də Kiyev ABŞ-dan gözlənən uzaqmənzilli silah sistemlərinin gəldiyini elan edib. Müdafiə naziri Aleksey Reznikov ABŞ-dan HIMARS sistemlərinin artıq Ukraynada olduğunu deyib.
***
Britaniyanın Müdafiə Nazirliyi iyunun 24-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, bu ayın əvvəlində təyyarəsi vurulandan sonra ələ keçirilmiş rusiyalı pilot Ukrayna hərbçilərinə muzdlu olduğunu etiraf edib. Onun istefada olan hava qüvvələri mayoru olduğu, hazırda Kremllə əlaqəli olan Vagner Group özəl hərbi şirkəti üçün çalışdığı bildirilir.
Britaniya kəşfiyyatı ehtimal edir ki, istefada olan heyət və özəl kontraktorlardan hava əməliyyatlarında istifadə Rusiyada təcrübəli hava heyətinin çatışmadığını göstərir. Qurum səbəbləri kimi təlim görmüş heyətin azlığını, döyüş qüvvəsi itkilərini sadalayır.
Ağ Ev iyunun 23-də axşam Kiyevə əlavə hərbi yardımın anonsunu verib. Yardıma daha dörd ədəd HİMARS, onminlərlə artilleriya sursatı, patrul qayıqları daxildir. Paketin dəyəri 450 milyon dollardır.
ABŞ kəşfiyyatından birbaşa xəbərdar iki rəsmi CNN-ə Rusiya qüvvələrinin Ukraynanın şərqidə tədricən üstünlük qazandığını deyib. Rəsmilərin sözlərinə görə, rusiyalılar işğalın əvvəlindəki səhvlərindən öyrənib, indi quru və hava hücumlarını daha yaxşı koordinasiya edir, logistika və təchizat xətlərini yaxşılaşdırır.