Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:10 | 28 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 675 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyada mobil rabitə operatorları avadanlıq çatışmazlığına görə 4G ruterlərini əhalisi az olan yaşayış məntəqələrindən söküb böyük şəhərlərə gətirirlər. Bu barədə Rusiyanın “İnsider” saytı yazır.
Xəbər verilir ki, Rusiyanın Ukraynaya əsassız və haqsız müdaxiləsindən sonra telekommunikasiya avadanlığının əsas təchizatçıları – İsveçin “Ericsson”, Finlandiyanın “Nokia” və Çinin “Huawei” şirkətləri Rusiya bazarını tərk ediblər.
Nəticədə Rusiyanın mobil şəbəkə operatorları internetin yüksək sürətini təmin edən avadanlığın qıtlığı ilə üzləşiblər.
Rusiya telekommunikasiyalar şəbəkələri tikinti layihələrinin rəhbəri İqor Yaşşuk bildirib ki, ölkənin ən böyük dörd operatoru – “MTS”, “Bilayn”, “Meqafon” və “Tele2” xaricdən işlənmiş avadanlıq almaq qərarına gəliblər.
Bundan başqa operatorlar kiçik yaşayış məntəqələrindəki 4G ruterlərini söküb böyük şəhərlərə aparırlar.
Yaşşuk bu barədə belə deyir: "İndi bu zonalarda dəliklər yaranacaq, ya istifadəçilər şəbəkədən çıxmalı olacaqlar, ya da basabas yaranacaq”.
***
Yaşşuk bildirib ki, 4G ruterlərinin söküldüyü məntəqələrdə 4G-dən daha az parametrlərə malik əsas stansiyalar qalır. Rusiyada avadanlıq çatışmazlığına görə rabitədə mümkün kəsintilər barədə hələ bu ilin martından xəbərdarlıq edilmişdi. O vaxt operatorlar bildirirdilər ki, 4-6 aylıq ehtiyat hissələri qalıb.
Bununla da iyul-avqust aylarından Rusiyanın mobil şəbəkələrində qəza və sabitsizliyin artacağı gözlənilir. Hökumət vəziyyətdən çıxış yolu kimi operatorlara şəbəkə avadanlığından şərikli istifadəni tövsiyə edib. Hazırda bu layihə üzərində iş görüldüyü deyilir.
Yaşşuk bildirib ki, ölkəni tərk etmiş təchizatçıların yerini Çinin ZTE şirkəti tuta bilərdi, lakin şirkət Rusiya bazarına çıxmaq üçün hələ ki, qərar qəbul etməyib. Bu da qeyd olunur ki, üstəlik mobil rabitə operatorları aprel ayından tarifləri 10 faiz artırıblar. Limitsiz istifadə tarifləri isə ümumiyyətlə ləğv olunub.