Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
08:21 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 918 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ötən gün Rusiyanın əleyhinə üç hadisə baş verdi. Birincisi hadisə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünün yolunu açan anlaşmaya imza atması oldu. Finlandiya və İsveçin NATO-ya daxil olmaqla Baltikyanı dəniz NATO-nun daxili su hövzəsi halına gələcək. Bunun nəticəsində Rusiyanın Baltik dəniziindəki çox əsrlik hökmranlığına son qoyulacaq. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə Şimali Atlantika Alyansının sərhədləri Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa top atəşi məsafəsinə qədər yaxınlaşacaq.
İkinci hadisə Gürcüstanda baş verdi. “Gürcü arzusu” partiyasının parlament fraksiyasınn üç önəmli üzvü, deputatlar Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze hakim partiyadan istefa verdilər. Subari, Kavelaşvili və Xundadze üç komitənin - Regional Siyasət və Özünüidarəetmə Komitəsi, İdman və Gənclərlə İş üzrə Komitə və Səhiyyə və Sosial Məsələlər üzrə Komitənin rəhbəri idilər. “Gürcü arzusu”ndan daha 6 deputatın istefa verəcəyi halda Rusiya-Çin yönümlü İrakli Qaribaşvili hökuməti istefaya getmək məcburiyyətində qalacaq.
Üçüncü hadisə ABŞ Ticarət Departamentinin doqquz ölkədən olan 36 şirkətə qarşı sanksiyalar tətbiq etməsidir. Həmin şirkətlərin ABŞ texnologiya və mallarını əldə etməsi qadağan edilib. Onlar ABŞ-ın beynəlxalq sanksiyalar qanunlarını pozmaqda ittiham olunurlar. ABŞ-ın bu addımı bütün dünya boyunca dövlət və özəl qurumlara ciddi xəbərdarlıqdır.
Belə hadisələrin sayı artmaqda davam edəcək və Rusiyanın “boğulması”nı sürətləndirəcək.