
“Bu adi bir çərşənbə günü olmadı”
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
Daha bir Avropa ölkəsi qonşularına qoşuldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Federal Şuranın mətbuat xidməti məlumat yayıb.
Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir.
Avropa İttifaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək.
Bundan əlavə, Federal Şuranın qərarı Rusiya hökumətinə və hüquqi şəxslərə mühasibat uçotu, ictimaiyyətlə əlaqələr və biznes konsaltinq xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.
Xatırladaq ki, İsveçrə iyunun 10-da Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləməyə qərar verib. Eyni zamanda, ölkə Rusiyanın daha 100 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. (“Report”)