Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
19:49 | 3 iyul 2022 | Bazar
Məqaləyə 605 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İyulun 3-nə keçən gecə Rusiyanın Ukrayna sərhədinə yaxın Belqorod şəhərində baş verən silsilə partlayışlar nəticəsində 3 nəfərin öldüyü, daha 4 nəfər yaralandığı xəbər verilir.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, “gecə şəhərdə bir sıra yüksək səslər eşidilib”. “Hadisənin səbəbləri araşdırılır, ehtimal ki, hava hücumundan müdafiə sistemi işləyib”, - o, teleqram kanalında yazıb.
İlkin məlumata görə, partlayış nəticəsində ən azı 11 yaşayış binasına 40-a yaxın fərdi ev zədələnib, onlardan beşi tamamilə dağılıb.
Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Rusiya Ukrayna ilə həmsərhəd ərazilərində terror təhlükəsinin “sarı” səviyyəsi tətbiq edib.
Rusiya tərəfi bu və digər ərazilərinin Ukrayna tərəfdən atəşə tutulduğunu iddia edir. Ukrayna tərəfi isə bu məlumatları şərh etmir.
Bu arada Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit öz “Telegram” kanalında Ukraynaya məxsus iki “Strij” pilotsuz aparatın iyulun 3-nə keçən gecə Kurska yaxınlaşarkən vurulduğunu yazıb. O vurulduğu iddia olunan pilotsuz uçuş aparatının fotosunu paylaşıb.