Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
22:45 | 7 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1044 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna cümə axşamı Rusiyaya qarşı itaətsizlik nümayiş etdirərək, Qara dənizdəki İlan adasında mavi-sarı bayrağını sancıb. Lakin Moskva tez bir zamanda hücuma keçib və Ukraynanın oradakı hərbi bölməsinin bir hissəsini məhv edib.
Ukraynanın Odessa limanından təqribən 140 kilometr cənubda yerləşən adaya nəzarətlə bağlı mübahisələr 4 ay əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumunun başlanğıcından bəri mövcuddur.
Müharibənin ilk günlərində ukraynalı əsgərləri “Moskva” hərbi gəmisinin təslim olmaq tələbinə kobudcasına cavab verdikdən sonra Rusiya adanı atəşə tutub. Ukrayna əsgərlərinin itaətsizliyini qeyd edən xatirə markası buraxıb.
Rusiya xoşməramlı jest olaraq geri çəkildiyini iddia etsə də, Ukrayna keçən həftə adanı ələ keçirib.
Ukrayna əsgərləri cümə axşamı dağılmış binanın qalıqlarının yaxınlığındakı yamacda mavi və sarı rəngli dövlət bayrağını qaldırıb.
Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak bu məqamın yaxın aylarda bütün Ukraynada təkrarlanacağını bəyan edib.
“Ukraynanın bayrağı İlan adasındadır. Ukraynanın hazırda müvəqqəti işğal altında olan şəhərlərindən belə videolar daha çox olacaq”, – deyə o, “Telegram”da yazıb.
Lakin Odessa vilayəti administrasiyasının sözçüsü Serhiy Bratçuk Rusiyanın adanın yeni sakinlərinə endirdiyi raket zərbəsi doka ciddi ziyan vurduğunu bildirib.
Vladimir Zelenski Rusiyanın ölkənin şərq hissəsindəki Donbas bölgəsini ələ keçirməyə çalışdığını deyib və Ukraynanın bütün ərazisinə nəzarəti bərpa edəcəyinə söz verib.
“Biz bütün cənubumuz üçün, bütün Ukrayna Donbası üçün vuruşuruq – ən ağır qarşıdurma hazırda orada, Slovyansk və Baxmut yaxınlığındadır. Biz Xarkov vilayəti üçün döyüşürük. İşğalçılar düşünməsinlər ki, onların bu torpaqda qaldıqları müddət uzunömürlüdür”, – deyə Zelenski bildirib.
Çərşənbə günü Ukrayna rəsmiləri Donbasın bir hissəsi olan Donetsk vilayətində Rusiyanın yeni hücumlara başladığı üçün qalan sakinlərə daha təhlükəsiz bölgələrə qaçmağı tövsiyə edib.
Rusiya son günlər qonşu Luqansk vilayətini tamamilə ələ keçirdiyini bildirdikdən sonra artıq Donetsk vilayətinin yarıdan çoxuna nəzarət edir.
Luqansk qubernatoru Sergey Qayday çərşənbə günü bu iddianı rədd edərək, Lisiçansk şəhəri ətrafında hələ də şiddətli döyüşlərin getdiyini bildirib. Ukrayna qüvvələri bazar günü şəhərdən geri çəkilib və Ukrayna rəsmiləri bunu qoşunları gələcək döyüşlər üçün saxlamaq üçün taktiki addım kimi qiymətləndirib.