Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
12:21 | 8 iyul 2022 | Cümə
Məqaləyə 709 dəfə baxılıb
Şriftin ölçüsü
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
İnsan haqları təşkilatları və sosial media fəallarının verdiyi məlumata görə, son bir neçə gün ərzində İranda tətbiq olunan hicab qaydalarını riayət etməməkdə günahlandırılan qadınlara qarşı hücumlar başlayıb və xüsusilə böyük şəhərlərdə yüzlərlə qadının həbs olunub.
Qadınlara qarşı zorakılıq üç gün öncə Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.
Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.
İran parlamentinin Mədəniyyət Komissiyasının başçısı Əhməd Salek ölkənin əsas problemlərindən birinin hicabsızlıq olduğunu deyib və sel daşqınlarının, təbii fəlakətlərin qarşısının alınması üçün nəzərdə tutulan vəsaitlərin hicabsızlığa qarşı mübarizəyə xərclənməsini təklif edib.
Bununla yanaşı Tehran şəhər metrosunun rəsmisi Seyid Məhəmməd Nəqib şəhərdə, xüsusən metro kimi ictimai yerlərdə qadınları hicaba tam riayət etməyə təşviq etmək, habelə gənc qızlar arasında hicabı təbliğ etmək üçün, Tehran metrosunun 5 əsas stansiyasında “aşiqlik stansiyası” adlı qadınlar mərkəzinin təşkil edildiyini açıqlayıb.
İran hökumətinin “hicaba riayət etməmək” adı altında ölkədə qadınlara qarşı basqılarını sərtləşdirməsinin davamı olaraq, Millət Bankı təlimat hazırlayaraq xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.
Qeyd edək ki, İranın böyük şəhərlərindən gələn məlumatlara görə, küçələrdə nəzarətçi patrullar keçmişlə müqayisədə xeyli artıb.
Virtual məkanda istifadəçilər məmurların, əxlaq polislərinin yersiz iradlarına qarşı necə davranmaq, onları hansı yolla zərərsizləşdirmək barədə təcrübələrini paylaşırlar.
Sosial mediada keçirilən müzakirələrdə bildirilir ki, hökumət əhalinin diqqətini əsas sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.