Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:43 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 969 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
“Volın, Polis və Siver istiqamətlərində vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Sonuncu dəfə isə Rusiya ordusu Sumı rayonunun Starıkovo qəsəbəsini raket atəşinə tutub”. Bu barədə Ukrayna Baş qərargahının gündəlik operativ məlumatında bildirilib.
“Xarkov istiqamətində düşmən Xarkov şəhərinin rayonlarını və Ruski Tışki, Bezruki, Dementivka, Lisne, Slatine, Prudyanka, Zoloçiv yaşayış məntəqələrini artilleriya və raket atəşi sistemlərindən atəşə tutub. Ukraynalı müdafiəçilər düşmənin Dementivka istiqamətindəki hücum cəhdinin qarşısını alıblar.
Slavyansk istiqamətində düşmən bölmələri Mazanivka, İvanivka, Dolina ərazilərində taktiki mövqeləri yaxşılaşdırmaq məqsədilə hücum əməliyyatlarını davam etdiriblər. Bu yaşayış məntəqələri istiqamətində düşmənin bütün hərəkətləri nəticəsiz qalıb.
Qarşı tərəf Çepil, Velyka Komışuvax, Barvinkove, Dibrovne, Mazanivka, Boqorodiçnıe və Adamivka yaşayış məntəqələrinin ərazilərini lüləli artilleriya və raket atəşi sistemlərindən atəşə tutub. Rusiya ordusu Baxmut və Novopavliv istiqamətlərində taktiki mövqeləri təkmilləşdirməyə çalışır.
Baxmut istiqamətində düşmən Yakovlivka, Berestov, Pokrovske, Soledar, Beloqorivka, Verşina, Novoluqanske, Kodema, Baxmut və Vesela Dolyna qəsəbələri ərazilərində tanklardan, lülələrdən və reaktiv artilleriyadan atəş açıb. Berestov, Beloqorivka və Verşina yaxınlığında hava hücumları olub”, - məlumatda vurğulanıb.
Məlumata görə, Novoandriyevka yaxınlığında Su-25 təyyarələri hava zərbəsi endiriblər: “Qoşunlarımızın hərəkətini məhdudlaşdırmaq məqsədilə bir sıra istiqamətlərdə artilleriya atəşi həyata keçirib.
Qara və Azov dənizlərində düşmənin “Kalibr” qanadlı raketdaşıyıcı Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçün hazır vəziyyətdə gözləyir. Ukrayna aviasiyası və raket-artilleriya bölmələri Rusiya ordusunun sursat anbarlarını, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri atəşə tutmaqda davam edir”. (Report.az)